Ərdoğan Putinlə görüşü gözləyir
Tarix: 21-08-2023 16:11 | Bölmə: Slayd
Ərdoğan Putinlə görüşü gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda rusiyalı həmkarı Vladimir Putinlə "üz-üzə" görüşü gözlədiyini bildirib.

Reyting.az
-ın məlumatına görə, Ərdoğan Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə Rusiya lideri ilə danışıqların konkret tarixi barədə suala cavab verib:

“Sentyabrda Hindistanda G20 toplantısı və Birləşmiş Ştatlarda BMT Baş Assambleyası keçiriləcək. Bu gərgin mühitdə fürsət tapsaq, cənab Putinlə üz-üzə görüşüb danışacağıq”.

Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov görüşün yerini və vaxtını ən qısa zamanda dəqiq müəyyənləşdirmək barədə razılığa gəlindiyini bildirib.

Peskov əlavə edib ki, iki lider arasında keçiriləcək danışıqların gündəliyinə ikitərəfli münasibətlər, Ukrayna və taxıl sazişi məsələsi daxildir.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər