Yaz fəsli Azərbaycana nə vaxt daxil olacaq?
Tarix: 20-02-2026 14:16 | Bölmə: Slayd

Yaz fəsli Azərbaycana nə vaxt daxil olacaq?

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək.

Reyting.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildiriblər.

Qeyd olunur ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.





Bölməyə aid digər xəbərlər