09:00 / 24-10-2025
“İsrailə qarşı sanksiyalar gündəmdə qalmalıdır!” - Deputat
08:51 / 24-10-2025
“Dyuna”nın ulduzu “Damokl qılıncının altında” yaşayır
08:43 / 24-10-2025
Putin: Dialoq müharibəni davam etdirməkdən yaxşıdır
08:37 / 24-10-2025
Zalujnıy: Münaqişə “qlobal müharibəyə” çevrilib
08:31 / 24-10-2025
Makron Rusiyaya təzyiqləri artırmağa çağırıb
08:25 / 24-10-2025
Zelenskinin əraziləri geri qaytarmaq istəyi boş ümiddir
23:00 / 23-10-2025
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
22:26 / 23-10-2025
ABŞ və Çin liderlərinin görüş yeri və vaxtı bəlli olub
21:55 / 23-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
20:05 / 23-10-2025
Zelenski uzaqmənzilli raketlərin alınmasını müzakirə edib
19:54 / 23-10-2025
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
18:30 / 23-10-2025
Din xadimi əməliyyat olunub - Foto
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:43 / 23-10-2025
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır
17:30 / 23-10-2025
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
17:14 / 23-10-2025
Müğənni: "Qadın aparıcı pulu sürücümün üzünə çırpıb"
16:52 / 23-10-2025
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
16:42 / 23-10-2025
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
16:37 / 23-10-2025
Gələn il minimum maaş sabit qalacaq
16:14 / 23-10-2025
Filmin hüquqları 20 milyon dollara satılıb
16:10 / 23-10-2025
Media subyektləri üçün vergi güzəşti daha 3 il uzadılır
15:59 / 23-10-2025
İlon Mask robot ordusunu idarə etmək istəyir
15:59 / 23-10-2025
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
15:51 / 23-10-2025
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
15:09 / 23-10-2025
Bakının iki rayonundakı qəzalı binalar sökülür
15:05 / 23-10-2025
Noyabrda 12 gün qeyri-iş günü olacaq
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
Yeni sosial paket, 4 milyondan çox insan və həllini gözləyən problemlər - Ekspertlər
Tarix: 06-08-2019 11:57 | Bölmə: Slayd

Bu ilin əvvəlindən ölkədə yeni sosial siyasətin həyata keçirilməsinə başlanılıb. Əməkhaqlarının, pensiya və müavinətlərin artırılması ilə bağlı imzalanan sərəncamlar yeni sosial siyasətin təkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir müddət öncə minimum əməkhaqqının və pensiyaların artırılması ilə bağlı sərəncamları da sosial sahəyə xüsusi diqqətin göstəricisidir. Sonuncu müşavirədə cənab İlham Əliyevin çıxışının bir hissəsində bu məqamlara da yer ayrılıb.
Prezident qeyd edib ki, bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənib və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımların atıldığını, minimum əməkhaqqı, minimum pensiyanın əhəmiyyətli dərəcədə qaldırıldığını diqqətə çatdıran dövlət başçısı bu artımların birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz olduğunu və sentyabr ayından ödəniləcəyini xatırladıb: “Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritetdir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir”.
Dövlət başçısı bildirib ki, Azərbaycan vətəndaşlarının rifahı, yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də sosial paketə əlavə edə bilərik: “Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür”.

Bu məsələləri Reyting.az-a şərh edən Azərbaycanın sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov bildirib ki, bu addım ölkə Prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını əyani şəkildə göstərir. F. Yusifovun sözlərinə görə, son illər demək olar ki, hər dəfə ölkə başçısı ilin başlanğıcında insanların əməkhaqlarının və təqaüdlərinin artırılmasının qayğısına qalır, amma son sərəncam bu siyasətin daha yüksəyə qaldırılmasıdır:
“Bu ilin sentyabar ayından əməkhaqlarının və təqaüdlərin artımına dair Prezidentin qəbul etdiyi qərarlar cəmiyyətin hər bir üzvü tərəfindən müsbət qarşılanıb. Dövlətin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığı bütün addımlar tədqirəlayiqdir. Bu dəfə ölkə rəhbərliyinin atdığı addımlar zaman baxımından bir qədər məsafəli oldu. Çox təəssüf ki, bəzi işbazlar əməkhaqqı və təqaüdlərin bu ilin sentyabr ayından qaldırılacağına baxmayaraq indidən qiymətlərə “əl gəzdirməyə” çalışırlar. Bu isə möhtəkirlikdir. Çünki manatın məzənnəsi sabit olan bir durumda bir neçə aydan sonra artırılacaq əməkhaqları və təqaüdlərin qarşılığında məhsulların qiymətini indidən qaldırmağın başqa adı yoxdur”.
Sabiq nazir bu ilin ötən dövründə ölkə başçısının yürütdüyü iqtisadi siyasət nəticəsində ciddi irəliləyişlərin olduğunu da vurğulayıb. Amma müsahibimiz növbəti dövrdə daha müsbət nəticələr əldə etmək üçün Prezidentin tələbləri əsasında fəaliyyət göstərməyin vacibliyini nəzərə çatdırıb. Cari ilin başa çatmasına 5 aydan az vaxt qaldığını xatırladan iqtisadçı alim bildirib ki, hər şeydən öncə növbəti ilə hansı iqtisadi göstəricilərlə getməyi müəyyənləşdirməliyik:
“Rəsmi statistikada ilin altı ayının yekunlarına dair məlumatlar yerləşdirilib. Bu siyahıda əsas kapitala yönləndirilən vəsaitlərin həcmindən dolayı əksər göstəricilərdə müsbət tendensiya qeydə alınıb. Əsas kapitala yönəldilən vəsaitlərin həcmində isə ötən ilin 6 ayı ilə müqayisədə 5 faizdən çox azalma var. Qeyri–neft sənayesinə yatrımların həcmi daha çox – 20 faizə qədər azalıb. Qeyri-neft sənayesi kimi mühüm bir sahəyə əsaslı vəsait qoyluşunda baş verən belə kəskin azalmanı yaxşı hal hesab etmək olmaz. Qeyri-neft sənayesində istehsalın həcminin ötən ilin yarısı ilə müqayisədə 15,7 faiz artmasına baxmayaraq bu səhəyə cari ilin birinci yarısında əsaslı vəsait yatrımlarının 20 faizə qədər azalması bütün hallarda mənfi dəyərləndirilməlidir. Əslində ilk baxışda bu azalmanın izahı var. Keçən il Sumqayıt Polimer və Karbamid zavodlarının tikintisinin başa çatdırılması bu iki müəssisəyə xeyli yatırımların edilməsi ilə nəticələnmişdi. Lakin bu ənənənin bu il də davam etdirilməsi gərək idi. Biz Azərbaycanın hər bir bölgəsində ölkəmizə ciddi valyuta gətirən belə müəssisələr inşa etməliyik. Əks halda iqtisadiyyatımızın, milli valyutamızın və bütövlükdə maliyyə sistemimizin təhlükəsizliyinə ciddi təhdidlər davam edəcək”.
Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında neftdən asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi tədbirlərin görülməsinin zəruriliyini hələ illər öncədən qeyd edib və bu istiqamətdə müəyyən addımlar atılır. Sonuncu müşavirədə də qeyri-neft sektorunun inkişafı yönündə ciddi addımların atılacağı bildirilib. Çünki qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi baxımdan qüdrətlənməsi ilə yanaşı vətəndaşların rafah halının daha da yüksəlməsinə böyük təkan verəcəkdir.
F. Yusifov isə diqqətə çatdırıb ki, bu gün qeyri-neft sektorundan ümumi idxalımızın 14-15 faizi həcmində məhsul ixrac edirik: “Bu, olduqca azdır. Bir anlığa təsəvvür edək ki, neftin qiymətləri 2014 -2015-ci illərdə olduğu kimi kəskin azalmağa başlayır. Belə olarsa, ən azından idxalı qarşılamaq və manatı kəskin ucuzlaşmaqdan qorumaq üçün böyük məbləğdə valyuta xərcləməyə məcbur olacağıq. Biz o valyutanı xərcləyəcəyik ki, qiymətlər münasib səviyyədə olanda onu neftin satışından əldə edə bilmişik. Gəlin bir anlığa da olsa, təsəvvür edək ki, neftin qiymətləri kəskin azalıb və biz 11,5 milyard dollarlıq idxalımızın qarşılığında qeyri-neft sektorundan cəmisi 1,7 milyard dollar – yəni dediyimiz kimi, ümumi idxalımızın 15 faizə qədrində xarici valyuta əldə edirik. Bunun nə demək olduğunu bir neçə il öncə gördük. Ona görə də dəfələrlə dediyim kimi, bir daha təkrar edirəm, Azərbaycan iqtisadiyyatının əsas problemi ilkin mərhələdə qeyri-neft sektorundan ixracın həcmini ən azından idxalımızın 50-60 faizi səviyyəsinə qaldırmaqdır. Son bir neçə ildə görülən intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, hələlik bu baş vermir”.
Sabiq nazir qeyd edib ki, böhrandan sonra hələlik qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələdə 2014-cü ilin səviyyəsinə belə çata bilməmişik. “İxracı bu səviyyəyə çatdırmağın çox sadə və real yolları var. Bu yolları mütləq işə salmaq lazımdır. Vaxt gözləmir, neftin qiymətlərinin kəskin azalacağı zaman çox da uzaqda deyil. Ona görə də hesab edirəm ki, növbəti mərhələ üçün daha ciddi çalışmaq lazımdır”.
Onu da qeyd edək ki, dövlət başçısı qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsini sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Təbii ki, bununla bağlı yeni və daha böyük layihələrin icrasına başlanacağı qaçılmazdır.

Milli Məclisin deputatı Cavid Osmanov isə Reyting.az-a açıqlamasında bildirib ki, vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün müxtəlif addımlar atılır. İnsanların əməkhaqlarının artırılması ilə bağlı sərəncamlar verilir:
“İlk olaraq minimum əməkhaqqı ilə yanaşı, müxtəlif sahələrdə çalışan və büdcə təşkilatlarından maliyyələşən Azərbaycan vətəndaşlarının əməkhaqları artırıldı. Eyni zamanda yanvar ayında əməkhaqlarının artırılması ilə bərabər cənab Prezidentimiz böyük bir layihəyə də imza atdı - 10 min manatadək olan problemli kreditlərin dövlət hesabına ödənilməsi ilə bağlı sərəncam imzalandı. Təxminən 800 minədək əhali bu problemli kreditlərdən azad oldu”.
Milət vəkili onu da əlavə edib ki, bunun üstündən 6 ay keçmədən 2019-cu ilin iyun ayında cənab Prezidentimiz tərəfindən sosial paket hazırlandı. “Büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların orta aylıq əməkhaqlarının 40 faiz artırılması ilə bağlı növbəti sərəncam imzalandı. Eyni zamanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin də əməkhaqlarının orta hesabla 7 faiz artırılması ilə bağlı sərəncam verildi. Yəni 2019-cu ilin 6 ayı ərzində cənab Prezidentimiz 2 dəfə insanların əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzaladı. Bütün bunlar dinamik xətlə artan inkişafımızın nəticəsi idi ki, cənab Prezidentimiz yanvar və iyun ayında bu cür sərəncamlara imza atdı. Bu, ilk növbədə Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan ciddi sərəncamlar idi, ciddi layihələr idi. Bu bir daha təsdiq etdi ki, Prezidentin gündəlik fəaliyyətinin ortaq nöqtəsi Azərbaycan vətəndaşıdır. Cənab Prezidentimiz hər zaman vurğulayır ki, Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır. Hər zaman da vurğulayır ki, görülən işlərlə kifayətlənmirik. Daha çox iş görməliyik, iqtisadiyyatımızı daha da artırmalıyıq ki, insanların sosial rifah halının artırılması istiqamətində daha ciddi addımlar atılsın”, – deyə Cavid Osmanov bildirib.
Millət vəkili qeyd edib ki, son illər sosial obyektlərin tikintisi, bölgələrdə abadlıq-quruculuq işləri ilə bərabər, yeni müəssisələrin açılması ilə bağlı da çox ciddi addımlar atılır. Onun sözlərinə görə, sənaye parklarının yaradılması ilə bağlı müxtəlif işlər görülür:
“Bu parklarda artıq 53 müəssisə qeydiyyatdan keçib. Bütün bölgələrdə yeni müəssisələr yaradılır. Elə müəssisələr yaradılır ki, xaricdən gətirilən məhsullara ehtiyac qalmır. Azərbaycanda bir çox məhsulların istehsalına başlanıb. Cənab Prezidentimiz son iqtisadi müşavirədə regionların inkişafı ilə bağlı çox ciddi tapşırıqlar verdi. Bunun içində yeni müəssisələrin yaradılması ilə bağlı göstərişlər də var. İlk növbədə qeyri-neft sektorunun inkişafı da bu tapşırıqlar sırasındadır. Bu, çox düzgün addımdır. Biz son illərin statistik göstəricilərinə baxsaq görərik ki, ilbəil Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru inkişaf edir. Bu gələcəkdə Azərbaycanın neftdən asılı olan ölkələr sırasından çıxarılmasına təkan verəcəkdir. Ona görə cənab Prezidentimiz son müşavirədə xüsusi vurğuladı ki, yeni müəssisələrin yaradılması istiqamətində ciddi addımlar atılmalıdır.
Kənd təsərrüfatının inkişaf etdirilməsinə böyük önəm verilir. Çünki Azərbaycan eyni zamanda aqrar ölkədir. Ona görə də iqtisadiyyatın böyük sahəsi kimi kənd təsərrüfatının inkişafı ilə bağlı ciddi tapşırıqlar verilib”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:50
On yeddi mindən çox müəllimin maaşı artacaq
Dünən, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Dünən, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki