Ağ Evin sabiq rəsmisi: “Tramp prezident seçilməyəcək” - Foto
Tarix: 18-08-2019 18:48 | Bölmə: Slayd
Ağ Evin sabiq rəsmisi: “Tramp prezident seçilməyəcək”

ABŞ-ın sabiq prezident köməkçisi Donald Trampın seçkilərdə iştirak etməyəcəyini iddia edib.

Reyting.a
z “Vanity Fair” jurnalına istinadla xəbər verir ki, Ağ Evin rabitə direktoru vəzifəsində çalışmış Entoni Skaramuççi rüsvayçı məğlubiyyətə uğramamaq üçün Trampın mart ayında namizədliyini geri götürəcəyini bildirib.

Ağ Evin sabiq rəsmisi deyib: “Nəticəsi bəlli olduğu üçün prezidentlik yarışından çəkiləcək. Bu, yəqin ki, martın 1-i olacaq. Ya da martın 5-də. Qələbənin qeyri-mümkünlüyü aydın olduqda”.

Ağ Evin sabiq rəsmisi: “Tramp prezident seçilməyəcək”
E. Skaramuççi

Skaramuççi əlavə edib: "Onun özünə inamı və özünə hörməti bir göyərçin böydadır. Çox kiçik bir göyərçin. Trampın rəy sorğusu statistikasına baxdığını və bu alçaldıcı gerçəyi anladığını düşünün”.

Administrasiyanın keçmiş üzvünün sözlərinə görə, Donald Tramp sonda "bütün ölkəyə qarşı" olacaq və bu, “Çernobıl nüvə fəlakəti ilə müqayisə edilə bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}