23:49 / 15-10-2025
Vahid Əhmədovdan Ramiz Mehdiyev haqqında - Açıqlama
23:30 / 15-10-2025
Ermənistanın Araqatsotn yeparxiyasının 13 ruhanisi saxlanılıb
20:22 / 15-10-2025
Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
18:35 / 15-10-2025
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib (Yenilənib)
18:10 / 15-10-2025
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
18:09 / 15-10-2025
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
17:59 / 15-10-2025
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
17:44 / 15-10-2025
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
17:37 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:07 / 11-10-2025

10:12 / 13-10-2025

13:48 / 11-10-2025

Azərbaycan çıxılmaz vəziyyətlə üzləşib: Qarabağ danışıqları müharibəyə hazırlıqla əvəzlənməlidir
Tarix: 27-09-2019 13:17 | Bölmə: Slayd

Ermənistan Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara zərbə vurmaqda davam edir. Məlum olduğu kimi, bir neçə gün öncə Nyu-Yorkda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş olub. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.
Amma münaqişənin həlli ilə bağlı danışıqlar zamanı cəbhə xəttində gərginlik müşahidə edilib və Azərbaycan hərbçisi şəhid olub. Görünən odur ki, Ermənistan tərəfi münaqişənin davam etməsində, eləcə də Azərbaycan tərəfinin daha sərt üsula keçməsində maraqlıdır. Həm Ermənistan rəhbərliyinin ritorikası, həm də cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi onu deməyə əsas verir ki, erməni tərəfinin hansısa növbəti məkrli planı var.

Mütəllim Rəhimli: "Müharibə etməmək üçün əl-qolumuzu bağlayırlar"
Politoloq Mütəllim Rəhimli Reyting.az-a açıqlamasında deyib ki, Ermənistan son vaxtlar Azərbaycanın əsəbləri ilə oynayır. Onun fikrincə, bunu vətən qeyrəti çəkən hər bir vətəndaşımız dərk edir, lakin çox təəssüf ki, iqtidar heç nə olmamış kimi susur, sanki belə də olmalıymış: "Amma fakt budur ki, işğal edilmiş ərazilərlə bağlı Ermənistanın olduqca dinamik hərəkətlərini müşahidə edirik. Elə bil ki, əraziləri işğal olunan Azərbaycan yox, Ermənistandır. Axı fəallığı, torpaqlarımızn işğaldan təmizlənməsi üçün cəhdləri biz etməliyik.
Ermənistan müharibə etmək istəmir, lakin bizi hər zaman müharibə ilə təhdid edir. Həm də beynəlxalq aləmdə elə bir mühit yaradıb ki, torpaqların azad edilməsi məsələsi müzakirələrdə arxa plana keçib. Görünən budur ki, indi yalnız cəbhə xəttində atəşkəsin pozulması, Azərbaycanın silahlanmaya ayırdığı vəsait, müharibəyə başlamaq istəkləri müzakirə predmetinə çevrilib.
Son vaxtlar atəşkəsin tez-tez pozulması, şəhid verməyimiz ermənilərin məqsədyönlü siyasətinin görünən tərəfləridir. Azərbaycan isə ciddi-cəhdlə sübut etməyə çalışır ki, müharibəyə hazırlaşmır və bunu istəmir. Amma bütün bunlara rəğmən Ermənistan Qarabağı hüquqi cəhətdən də bizdən qoparmaq səylərini gücləndirir. İndi təsəvvür edə bilirsinizmi hansı acınacaqlı mənzərə və məğlubiyyət qarşısında iqtidar və cəmiyyətimiz susmaqdadır? Bir tərəfdən bizim müharibə etməmək üçün əl-qolumuzu bağlayırlar, digər tərəfdən isə ərazilərimizi hüquqi baxımdan əldə etməkdədirlər".

Nəsimi Məmmədli: "Azərbaycan hökumətinin adekvat addımlar atmaması çox ciddi suallar doğurur"
Siyasi şərhçi Nəsimi Məmmədli məsələyə münasibət bildirərkən Reyting.az-ın əməkdaşına deyib ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçirilən növbəti görüş də nəticəsizdir. Siyasi şərhçinin sözlərinə görə, görüşdən sonra Elmar Məmmədyarov bu barədə açıqlamasında bəyan edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan utanmazcasına ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqların məqsədini təhrif edib:
"Əslində, artıq Məmmədyarovluq heç nə qalmayıb. Nə onu tənqid etmək, nə də qınamaq mümkündür. Məsələ onun səlahiyyət həddini aşıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana meydan oxuması artıq mütəmadi xarakter alıb. O, Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfəri zamanı Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edərək indiyədək aparılan danışıqların başa çatdığını nümayiş etdirdi. ATƏT-in qəbul etdiyi sənədlərə məhəl qoymadığını, Azərbaycanın ərazi bütövlüyü ilə qətiyyən razılaşmadığını açıq bəyan elədi. Habelə, günahsız dinc insanların qətliamına, bir milyondan çox mülki əhalinin etnik təmizləməyə məruz qalmasına və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüquqlarından məhrum olmasına haqq qazandırdı. Ən əsası da o, ATƏT-in Minsk qrupunun fəaliyyətinin məqsədini “müharibənin nəticələrini qorumaq” kimi xarakterizə etməklə tərəfləri siyasi-diplomatik dilemma qarşısında qoydu".
Siyasi şərhçi hesab edir ki, Paşinyanla yanaşı, Ermənistan hökumətinin digər üzvləri də açıq bəyan edirlər ki, Azərbaycana hətta bir qarış torpaq da qaytarılmayacaq. Yəni deyirlər ki, “Yeni ərazilər üçün yeni müharibə”yə hazırıq. Azərbaycan ərazilərində erməni sakinlərin məskunlaşdırılması və işğal olunmuş ərazilərin təbii sərvətlərinin qeyri-qanuni istismarını da dayandırmaq niyyətləri yoxdur.
N. Məmmədlinin sözlərinə görə, Ermənistan rəhbərliyinin destruktiv davranışı artıq mütəmadi xarakter alıb və Azərbaycana meydan oxumağa davam edir: “Azərbaycan hökumətinin adekvat addımlar atmaması da çox ciddi suallar doğurur. Doğrudanmı, Azərbaycan Silahlı Qüvvələrinin real durumu, siyasi rəhbərliyin bəyanatları düşməni narahat edəcək səviyyədə deyil? Paşinyan ya reallıq hissini itirib, ya da reallığı daha yaxşı bilir. İstənilən halda Ermənistan hökumətinin belə cəsarətli bəyanatlar səsləndirməsinin arxasında çox ciddi gizli səbəblərin olması istisna deyil. Bu, qətiyyən Paşinyanın özfəaliyyətinin, həyasızlığının nəticəsi kimi görünmür. Sanki onları Azərbaycana qarşı belə cəsarətli edən hansısa amillər var".
N. Məmmədlinin qənaətincə, indiyədək aparılan danışıqların nəticəsizliyi hər kəsə aydındır. Artıq danışılacaq heç bir məsələ qalmayıb. Ermənistan hökumətinin başçısı və üzvləri beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı açıq-aşkar ələ salır:
"Azərbaycan hökuməti bütün beynəlxalq qurumlara, maraqlı tərəflərə Ermənistanın destruktivliyi ucbatından danışıqları dayandırdığını bəyan etməlidir. Azərbaycanın dərhal hərbi əməliyyatlara başlamaq imkanı olmasa da, qarşı tərəfə və dünya ictimaiyyətinə hər an müharibənin başlaya biləcəyi mesajını verməlidir. Ermənistan tərəfinə hərbi təzyiq etmək imkanımız məhdud olsa da, status-kvonun dəyişməsi üçün siyasi-psixoloji basqını artırmalıyıq. Biz ölkəmizin hərbi-siyasi baxımdan bu addımı ata biləcəyini dəqiq deyə bilmirik. Çünki nə ordunun real durumundan xəbərimiz, nə də siyasi hakimiyyətin belə bir addım atmağa iradəsinin çatacağına əminliyimiz var. Ölkənin fəal kəsiminin Qarabağ naminə qapalı müzakirələrinə ciddi zərurət yaranıb".
Z. ƏHMƏD
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
Bu gün, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
Bu gün, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
Bu gün, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
Bu gün, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
Bu gün, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
Bu gün, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar
3-10-2025, 14:22
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
3-10-2025, 12:01
Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq