20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
19:59 / 27-10-2025
Rəşad Dağlı əməliyyat olunub
19:51 / 27-10-2025
Ciddə Qülləsi dünyanın ən hündür göydələni olacaq - Foto
18:08 / 27-10-2025
Ceyhun Bayramov Ayşe Berris Ekinci ilə görüşüb
18:03 / 27-10-2025
Qırıcılarımız Bakı səmasında - Video
17:51 / 27-10-2025
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:36 / 27-10-2025
Rəqqasə: “Zalımların o dünyada yanmasının nə xeyri var?”
17:26 / 27-10-2025
Nobel mükafatını ən çox hansı ölkənin təmsilçiləri alıb? - Siyahı
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:45 / 27-10-2025
İran: Rusiyadan “S-400” tələb etməmişik
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
16:28 / 27-10-2025
Bu şəxslərin maaşı qalxıb - Siyahı
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:11 / 27-10-2025
ASC-də nöqsanlar aşkar edilib
15:58 / 27-10-2025
Bakıda və Abşeronda güclü külək olacaq - Xəbərdarlıq
15:47 / 27-10-2025
"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan olunub
15:29 / 27-10-2025
Ölkədən çıxışın bloklanmasını daha br qurumdan yoxlamaq mümkün olacaq
15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
15:16 / 27-10-2025
Pokrovskda qanlı döyüşlər davam edir
15:04 / 27-10-2025
UNO hesab edilən kometa Yerə doğru istiqamət götürəcək - Foto
14:52 / 27-10-2025
Zabil Qəhrəmanovun həbsindən şikayəti verilib
14:40 / 27-10-2025
İki məşhurun rəsm əsəri satışa çıxarılıb - Fotolar
14:30 / 27-10-2025
Laçın şəhərində əmək yarmarkası keçiriləcək
14:24 / 27-10-2025
Türkiyə xarici işlər nazirinin müavini Azərbaycana gəlib
13:18 / 27-10-2025
Döyüş filmi kimi çəkiblər, amma...
13:10 / 27-10-2025
Audiovizual Şura MTV kanalı ilə bağlı protokol tərtib edib
13:08 / 27-10-2025
Bağçalara işə qəbul üzrə keçid balları müəyyən olunub
12:37 / 27-10-2025
Rusiyada tələbə xanımlara hamiləlik müavinəti veriləcək
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
15:51 / 23-10-2025
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
Hökumət qüvvələri İranda çoxsaylı etirazçını qətlə yetirib - Fotolar
Tarix: 20-11-2019 14:14 | Bölmə: Slayd

Noyabrın 15-dən İranda başlayan etiraz aksiyalarında çoxsaylı insan qətlə yetirilib.
Reyting.az xəbər verir ki, “Beynəlxalq Amnesty International” hüquq-mudafiə təşkilatının məlumatına görə, 21 şəhərdə ən azı 106 etirazçı öldürülüb. “Amnesty International” hesab edir ki, ölənlərin sayı bundan daha çox ola bilər və 200 nəfərin öldürüldüyü ehtimal olunur.
İnsan haqları təşkilatının verdiyi məlumata görə, video görüntülər, şahidlərin ifadələri, habelə xaricdəki hüquq müdafiəçiləri tərəfindən toplanan məlumatlar İran təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün odlu silahlardan, su şırnağından və gözyaşardıcı qazdan istifadə etdiyini və nümayişçiləri dəyənəklərlə döydüyünü göstərir.
"Amnesty International" tərəfindən araşdırılmış video görüntülərdə snayperlərin insan kütlələrinə damlardan və bir halda helikopterdən atış açıldığı göstərilir. Təşkilat İran hakimiyyətini vətəndaşların dinc toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə və İnternet xidmətinin dayandılırlmasına qəti şəkildə son qoymağa çağırıb.
"Rəsmilər dərhal bu qəddar və ölümcül basqıları dayandırmalı və insan həyatına hörmət göstərməlidir", - deyə “Amnesty İnternational”ın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Filip Luter bildirib.
"Etirazçıların az bir qismi zorakılığa əl atsa da, polis həmişə təmkinli olmalı və üzləşdikləri zorakılığa cavab olaraq mütləq, mütənasib və qanuni olduğundan artıq güc tətbiq etməməlidir. Bir neçə şəxs tərəfindən zorakılıq geniş yayılmış düşüncəsiz reaksiya verməyə əsas vermir”, - Filip Luter bildirib.
İranın Ali dini rəhbəri Aytullah Əli Xameneyi də daxil olmaqla, yüksək səviyyəli rəsmilər açıqladıqları bəyanatlarda etirazçıları “yaramaz” adlandırıb və təhlükəsizlik qüvvələrinə nümayişləri dağıtmaq üçün “yaşıl işıq” yandırıblar.
Xəbərlərə görə, son etirazlarla bağlı İran təhlükəsizlik qüvvələri və xüsusi xidmət orqanları ölkə boyu həbslər aparır. Rəsmi qurumların bildirdiyinə görə, Şərqi Azərbaycan və Zəncan vilayətlərində noyabrın 16 və 17-də keçirilən etiraz aksiyalarına qatılan təqribən 70 vətəndaş saxlanılıb.

Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi və Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam İsmayıl Sadıqi bu barədə mətbuata məlumat veriblər. Zəncan vilayətinin baş prokuroru etiraz aksiyalarında tutulan vətəndaşları “düşmən agentləri” adlandırıb.
“Tasnim” agentliyinin xəbərinə görə, vali Məhəmmədrza Purməhəmmədi Şərqi Azərbaycan vilayətində təqribən 40 nəfərin nəzarət altına alındığını bildirib. Purməhəmmədi tutulanların bir çoxunun “yerli olmadığını” deyib.
“Təbrizdə yerli olmayan iğtişaşçılar tutulub. Tutulanlar arasında bu vilayətin sakini olanların sayı azdır”, - vali bildirib.
Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam Sadıqi isə Zəncanda etirazlara qatılan 30 nəfərin saxlanıldığını bildirib.
Etiraz aksiyalarının polis və hərbi qüvvələr vasitəsilə yatırılmasının ardınca, noyabrın 19-da Təbrizdə hakimiyyətyönlü yürüş təşkil edilib. Yürüşə qatılanlar qarşısında nitq söyləyən Təbriz imam-cüməsi Seyyid Məhəmmədəli Ali-Haşim etiraz aksiyalarını “fitnə” adlandırıb. İranın dövlət agentliyi İRNA ali dini liderini sevən bir qrupun kəfən geyərək Təbrizdəki yürüşə qatıldığını bildirib.
Noyabrın 18-də Zəncanda təşkil olunan hakimiyyətyönlü yürüşə isə yerli rəsmilər, imam-cümə və hərbi komandirlər qatılıb.
Habelə azərbaycanlı fəal Siyamək Seyfinin noyabrın 18-də axşam radələrində yaşadığı Meşkinşəhr şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilir. “Amerikanın Səsi”nin əldə etdiyi məlumata əsasən, türk fəal Siyamək Seyfi sakin olduğu məhəllədə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, 11 nömrəli polis qərargahına aparılıb.
Şahidlərin dediyinə görə, Siyamək Seyfi bir gecə polis həbsxanasında saxlanıldıqdan sonra İran vaxtı ilə günorta saat 2-də məhkəməyə aparılıb və oradan Ərdəbil Ettelaat İdarəsinin həbsxanasına köçürülüb. Ərdəbil şəhərinin sakini olan digər milli fəal Meysəm Colani isə noyabrın 17-də təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və naməlum yerə aparılıb.
Benzinin bahalaşmasına etiraz olaraq başlayan və sürətlə bütün ölkəyə yayılan, toqquşmalarla müşaiyət olunan aksiyalara görə İranda bloklanan internet də hələ açılmayıb. İran dörd gündür internetsizdir və nəticədə İran Azərbaycanında baş verən hadisələr haqqında məlumat əldə etmək çətinləşib.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları bürosu İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı güc tətbiq etməsindən dərin narahatlığını bildirib. BMT-nin İnsan Hüquqları Bürosu çərşənbə axşamı günü İran təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı döyüş güllələrindən istifadə etməsindən dərin narahatlığını ifadə edərək, hakimiyyəti yanacaq qiymətinin artmasına səbəb olan etirazları dağıtmaq üçün güc tətbiqindən imtina etməyə çağırıb.
BMT-nin İnsan Hüquqları bürosunun sözçüsü Rupert Kolvill İran hakimiyyətini şənbə günündən bəri dayandırılmış İnternet xidmətlərini bərpa etməyə, etirazçıların ifadə azadlığı və dinc toplaşmaq hüquqlarını tanımağa çağırıb. O, həmçinin deyib ki, BMT-nin əldə etdiyi məlumatlara görə, İranda etirazlar əsnasında onlarla insan həyatını itirib. O, Cenevrədə keçirilən brifinqdə itkilərin miqyasının "çox ciddi" olduğunu əlavə edib.
Reyting.az Virtualaz.org-a istinadla xəbər verir ki, ABŞ dövlət katibi Maykl Pompeo da İran hakimiyyətini xalqa qarşı güc tətbiqini dayandırmağa çağırıb: "Biz bu rejimin İran xalqına qarşı törətdiyi hər hansı bir zorakılıq hərəkətini qınayırıq və bir neçə ölüm hadisəsi ilə əlaqədar narahatlıq keçiririk. İslam Respublikası öz xalqına qarşı zorakılığı dayandırmalı və bütün iranlıların pulsuz və açıq İnternet əldə etmək imkanlarını dərhal bərpa etməlidir”.
Londonda yerləşən NetBlocks internet müşahidəsi idarəsinin direktoru Alp Toker “Amerikanın Səsi”nə bildirib ki, İranda İnternetin blokalanması veb səhifələrinə çıxışı qeyri-mümkün edib.
"Bu, əslində qaranlığa yaxınlıqdır. Ölkədən kənarda bir neçə internet marşrutu var, amma bunlar hazırda çox texniki olduqlarına görə insanların əksəriyyəti üçün bu tədbirləri aşmaq praktiki deyil. Texniki cəhətdən fərasətli iranlılar mobil cihazdan çox sabit bir xətt və ya genişzolaqlı bağlantıdan istifadə edərək internet əldə edə bilər", - Toker əlavə edib.
İnternetin kəsilməsi iranlıların etirazların şəkilləri və videolarını paylaşmasına çətinlik yaradıb.

İranda yanacaq qiymətləri hələ də dünyada ən aşağı qiymətlər hesab edilir. Qiymətlərin 50 faiz artmasından sonra bir litr benzinin qiyməti 15 min riala çatıb. Bu, bir litr benzin üçün 13 sent deməkdir. Müqayisə üçün ABŞ-da bir qallon (təxminən 4 litr) benzinin orta qiyməti 2 dollar 60 sentdir.
İranda bundan öncə 2017-ci ilin sonu, 2018-ci ilin əvvəllərində iqtisadi durumla bağlı geniş etirazlar baş qaldırmışdı. O zaman İran polisi və İnqilib keşikçilərinin könüllülərdən ibarət Bəsic qüvvələri ilə toqquşmalarda onlarla insan həyatını itirmişdi.
Hökumət bildirib ki, yanacaqdan əldə edilən gəlirdən yoxsul ailələrə yardım üçün istifadə ediləcək. ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi ilə ölkə valyutası da dəyər itirib, işsizlik və inflyasiya artıb.
Toker hesab edir ki, İran hökuməti interneti bağlamaqla imtiyaz əldə edəcəyini düşünürsə, bu, hökumətə baha başa gələcək. "İnternet insanların demokratik şəkildə baxışlarını nümayiş etdirməsi üçün bir platformadır. Onlar bundan məhrum edilsə, nümayişlər daha zorakı hal ala bilər”, - Toker əlavə edib.
“Amerikanın Səsi”nin fars xidmətinin İrandan əldə etdiyi şəkillərdə təhlükəsizlik qüvvələrinin atəşi nəticəsində ölənlərin cəsədləri nümayiş etdirilir. Ölüm halları Behbahan, Kərəc, Marivan, Şəhriyar, Şiraz, Sircan və Tehranın Baharestan bölgəsində qeydə alınıb. Öldürülən nümayişçilərin kimliyini müəyyən etmək mümkün olmayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:11
ASC-də nöqsanlar aşkar edilib
Bu gün, 12:22
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
25-10-2025, 14:48
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
25-10-2025, 09:30
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
25-10-2025, 00:01
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
24-10-2025, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
24-10-2025, 14:56
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
24-10-2025, 12:44
Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək
24-10-2025, 12:09
Bakı, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrinə hakimlər təyin olunub
24-10-2025, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
24-10-2025, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
24-10-2025, 11:29
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
23-10-2025, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
23-10-2025, 11:05
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
23-10-2025, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
23-10-2025, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki