Dünyada daha təhlükəli bakteriya yayılır - Foto
Tarix: 16-05-2020 15:46 | Bölmə: Slayd
Dünyada daha təhlükəli bakteriya yayılır

Dünyada “Stenotrophomonas maltophilia” adlanan və antibiotiklərə qarşı davamlı olan təhlükəli bakteriya yayılır.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, “Stenotrophomonas maltophilia” ştammlarına bir neçə təbiət və insanla əlaqəli ekosistemlərdə rast gəlinir.

Qeyd olunur ki, uzun müddət bu bakteriya nisbətən zərərsiz hesab olunsa da, hazırda ən dəhşətli müxtəlif yoluxucu xəstəlik patogenlərindən biridir. Bu bakteriya immuniteti zəifləmiş və ağciyər iltihabı olan xəstələr üçün xüsusən təhlükəli sayılır.

Dünyada daha təhlükəli bakteriya yayılır

Bu bakteriya nəzəri cəhətdən hər hansı bir orqana təsir göstərə bilsə də, ən çox tənəffüs yolu xəstəliklərinə və qan infeksiyalarına səbəb olur.

Tədqiqat çərçivəsində bir patogen genomu analizi edilib. Bu, müxtəlif yayılma səviyyələri ilə 23 mənşə xəttini müəyyənləşdirməyə imkan verib.

Bir xüsusi xətt bütün dünyada yayılır və insanla əlaqəli stammların ən yüksək səviyyəsinə malikdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}