17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ramiz Mehdiyev vəzifədən azad edilib
Tarix: 19-11-2020 12:13 | Bölmə: Slayd
Ramiz Mehdiyev vəzifədən azad edilib

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən - Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət İdarəçilik Akademiyasından bildiriblər.

Məlumata görə, bundan sonra Dövlət qulluğu və kadr siyasəti kafedrasına Rəcəb Zakir oğlu Rəhimli rəbərlik edəcək.

Qeyd edək ki, prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov da ali təhsil ocağındakı vəzifəsindən uzaqlaşdırlıb. Onun yerinə Namiq Əliyev seçilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının bir müddət öncə bu ali təhsil ocağındakı 6 kafedraya müdir vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə artıq yekunlaşıb.(Modern.az)






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}