Zəngəzurda növbəti qarşıdurma yaranıb - Həbslər var - Video
Tarix: 21-12-2020 10:11 | Bölmə: Slayd
Zəngəzurda növbəti qarşıdurma yaranıb - Həbslər var

Ermənistanın Sünik bölgəsinin sakinləri Baş nazir Nikol Paşinyana bölgəyə daxil olmasına icazə vermir.

Reyting.az
xəbər verir ki, bu gün səhər saatlarından Sünik sakinləri bölgənin giriş qapısına toplaşaraq N. Paşinyanın gəlişinin qarşısını almağa çalışır.

Ermənistan polisi isə Gorus şəhərinin girişinə qüvvlər toplayıb. Məlumata görə, burada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əhali arasında toqquşmalar olub.

Bu gün səhər saatlarında Gorus bələdiyyəsinin sədri Aruş Aruşanyan sakinləri Baş nazirin bölgəyə girişinin qarşısını almağa çağırıb. Bu barədə bələdiyyə sədri Feysbuk hesabında yazıb.

“Bu, aksiya siyasi deyil və heç bir partiyanın təşəbbüsündən irəli gəlmir. Bu, Sünik sakinlərinin ləyaqət, təhlükəsizlik və fiziki varlıq uğrunda apardığı mübarizə, ümumerməni itaətsizliyinin təzahürüdür. Biz əcdadlarımızın “torpaqlarını” gələcək nəsillər üçün qoymalıyıq”,- bələdiyyə sədri deyib.



Xatırladaq ki, Ermənistan və Azərbaycan mütəxəssisləri dövlət sərhədinin delimitasiyası üçün danışıqlar aparır. Bu səbəbdən Ermənistan ordusu bir neçə kəndi və yüksəkliyi tərk edərək Azərbaycanın nəzarətinə qaytarıb. Bu səbəbdən Gorus-Qafan yolunun David Bek hissəsi Azərbaycan tərəfinin nəzarətinə qayıdıb. Sünik sakinləri isə hesab edirlər ki, proseslərin bu cür istiqamətdə inkişafı onların ərazilər itirməsi ilə nəticələnə bilər.

Bu arada bəlli olub ki, Ermənistanın Təhlükəsizlik Xidməti səhər saatlarında Gorusun bələdiyyə sədrini həbs edib, polis bütün yolları nəzarətə götürüb.

Baş nazir Nikol Paşinyan isə Sünikə səfərdən öncə Feysbuk hesabı ilə bu bölgənin sakinlərinə canlı yayımla müraciət edərək onların suallarına cavab vermək məqsədilə regiona səfər edəcəyini açıqlayıb.

Məlumat üçün bildirək ki, ermənilərin Sünik adlandırdığı ərazi əslində Azərbaycanın tarixi torpaqları sayılan Zəngəzurun bir hissəsidir.







Bölməyə aid digər xəbərlər