14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
İşğaldan azad olunmuş ərazilərdə yeni inkişaf modeli qurulacaq - Deputat
Tarix: 19-01-2021 11:30 | Bölmə: Slayd
İşğaldan azad olunmuş ərazilərdə yeni inkişaf modeli qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında çıxışı zamanı bildirib ki, “azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin”.

Reyting.az
xəbər verir ki, deputat Vüqar Bayramov işğaldan azad olunmuş torpaqlarımızda yeni inkişaf modeli qurulacağını bildirib:

“Göründüyü kimi, işğaldan azad olunan torpaqlarımızda yaradılacaq inkişaf modeli həm beynəlxalq standartlar çərçivəsində infrastrukturun formalaşması, həm də iqtisadi menecmentin müasir çağrışlara uyğun qurulmasını özündə ehtiva edəcək. Artıq müasir standartlara uyğun beynəlxalq hava limanı, yollar və bir sıra digər infrastrukturun formalaşması istiqamətində işlər başlayıb. Bu, eyni zamanda, iqtisadi idarəetmə baxımdan da yeni modelin formalaşması anlamına gəlir. Bu model isə Prezidentin qeyd etdiyi kimi, növbəti mərhələdə digər ərazilərimizə transfer ediləcək”.


V. Bayramov

V. Bayramov regionun iqtisadi potensialından səmərəsiz istifadəyə diqqət çəkib:

“2019-cu ildə Yuxarı Qarabağ iqtisadi rayonu 637 milyon 70 min manat, o cümlədən Ağdam 172 milyon 934 min manat, Füzuli 138 milyon 652 min manatlıq məhsul istehsal edib. Dörd rayonu əhatə edən Kəlbəcər-Laçın iqtisadi rayonunda isə cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. Yeddi rayonumuzun cəmləşdiyi Yuxarı Qarabağın ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi 0,7 faiz, Kəlbəcər-Laçın iqtisadi rayonunun isə cəmi 0,1 faizdir. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan ərazilərimizin ümumi iqtisadiyyatda payı tamrəqəmli deyil və 27 ildən çox davam edən erməni işğalı nəticəsində böyük iqtisadi potensialdan faydalanmaq mümkün olmayıb”.

Deputat əlavə edib ki, yeni model formalaşandan sonra işğaldan azad olunan ərazilərimiz ölkədə iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}