Laçında qanunsuz məskunlaşdırılmış ermənilər Paşinyandan təzminat istəyir - Video
Tarix: 29-01-2021 13:41 | Bölmə: Slayd
Laçında qanunsuz məskunlaşdırılmış ermənilər Paşinyandan təzminat istəyir

Bu saatlarda Ermənistan Baş naziri Nikol Paşinyanın ofisi qarşısında etiraz aksiyası keçirilir.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar Azərbaycanın Laçın rayonunun işğalından sonra orada qanunsuz məskunlaşdırılan ermənilərdir.

Aksiya iştirakçıları bəyan edirlər ki, Ermənistan hökuməti qarşısında siyasi tələbləri yoxdur. Yeganə tələbləri itən əmlaklarına görə təzminatın ödənilməsidir.

Aksiyada fəal olan ermənilərdən biri deyib ki, onlar itirdikləri “evləri” üçün mənzil tələb edirlər: “Küçələrdə qaldıq, kirayələrdə yaşadıq... Nə qədər kirayədə yaşamaq olar?”.

Xatırladaq ki, Laçın rayonu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyannaməyə əsasən dekabrın 1-də Azərbaycana döyüşsüz təhvil verilib. Bu zaman orada qanunsuz məskunlaşdırılmış ermənilər ərazidən çıxarılıb.







Bölməyə aid digər xəbərlər