Minnesota ştatında fevralın 26-sı Azərbaycan Günü elan edilib - Foto
Tarix: 13-02-2021 00:13 | Bölmə: Slayd
Minnesota ştatında fevralın 26-sı Azərbaycan Günü elan edilib

ABŞ-ın Minnesota ştatında 26 Fevral - Azərbaycan Günü elan edilib. Reyting.az xəbər verir ki, bununla bağlı bəyanatı statın qubernatoru Tim Volz imzalayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü ilə reallaşıb.

Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.

Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.





Bölməyə aid digər xəbərlər