Elçin Şıxlı: “Bilsələr ki, taladıqları var-dövlətə dəyən olmayacaq...”
Tarix: 17-02-2021 14:07 | Bölmə: Slayd
Elçin Şıxlı: “Bilsələr ki, taladıqları var-dövlətə dəyən olmayacaq...”

“Ermənistanda baş verənlərə adi baxmaq lazımdır. Köhnə tör-töküntülər Robert Köçəryan və Serk Sarksiyan fəallaşıb. Amma onların davası, mübarizəsi yenidən hakimiyyətə qayıtmaq yox, uzun illər Ermənistanı talayaraq yığdıqları var-dövləti qorumaqdır. Əgər bilsələr ki, onların var-dövlətinə dəyən olmayacaq sakitcə kənara çəkilərək yığdıqlarını xımır-xımır yeyərlər. Fikrimcə, Paşinyan və komandasının maliyyə dairəsi daraldığı üçün ortaya çıxıblar və siyasətlə məşğul olacaqlarını elan edirlər”.

Bunu Reyting.az siyasi şərhçi Elçin Şıxlı deyib.

Onun sözlərinə görə, Ermənistan əhalisi Paşinyanı istəməsəydi 10 noyabrda imzaladığı bəyannamədən üç gün sonra onu devirərdi.

Siyasi analitik əlavə edib ki, Ermənistanda Qarabağ və İrəvan erməniləri anlayışını unutmamalıyıq: “Biz hələ sovet dövründən bilirik ki, İrəvan erməniləri Qarabağda yaşayan erməniləri təmiz erməni saymır, onlara ikinci dərəcəli erməni kimi yanaşırlar. Köçəryan və Sarksiyan da məhz bu ikinci dərəcəli erməni kateqoriyasına aiddir. Həm də 1990-cı illərdə yaşanan atmosfer məhz bu cütlüyün Ermənistanda hakimiyyət başında oturmasına səbəb oldu. Onlar da ermənilərin başına oyun açdı, öz dediklərini erməni xalqına yedizdirməyə çalışdılar. Nikol Paşinyan isə İrəvan ermənilərinin özününküdür. Əslində Sarksiyan və Köçəryanın səs-küy salmasına baxmayaraq ermənilər anlayır ki, Qarabağ onlar üçün yükdür və hər zaman onlara ciddi problem yaradacaq. Əksinə, Qarabağ məsələsi sakitləşsə və ədalətli yanaşma ortaya qoyulsa, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla sərhədləri açılacaq. Bu ölkələr də Ermənistana təzyiq etməyəcək. Eyni zamanda, ticarət və iqtisadiyyat canlanacaq. Beləcə, rahat yaşamaq imkanları ortaya çıxacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}