Rusiya-Fransa gərginliyi: qırıcılar qarşı-qarşıya gəlib - Video
Tarix: 18-02-2021 12:48 | Bölmə: Slayd
Rusiya-Fransa gərginliyi: qırıcılar qarşı-qarşıya gəlib - Video

Rusiyaya məxsus iki “Su-27” qırıcısı Fransa hərbi təyyarələrinin Qara dəniz üzərindən uçuşuna mane olub.

Reyting.az
-ın məlumatına görə, Rusiya Milli Müdafiə Mərkəzinin açıqlamasında bildirilir ki, Rusiya və Fransa hərbi təyyarələri Qara dənizdə qarşı-qarşıya gəliblər.

Rus radar sistemlərinin Qara dənizin beynəlxalq sulara aid səmasında Rusiya sərhədlərinə yaxınlaşan hədəfi təyin etdiyini xatırladan Milli Müdafiə Mərkəzi qeyd edib ki, hava hədəflərinin tanınması və Rusiya hava sahəsinin pozulmasının qarşısını almaq məqsədilə iki ədəd ovçu “Su-27” təyyarəsi səmaya qaldırılıb.

Mərkəz bildirir ki, “Su-27”lərin hava hədəfinin “KS-135” yanacaqdoldurma təyyarəsi və iki ədəd “Mirage-2000” taktiki təyyarəsindən ibarət Fransa təyyarə qrupunu təyin etmək və onları Qara dəniz üzərində müşayiət etmək olub.

Xarici hərbi təyyarələr Rusiya sərhədlərindən uzaqlaşdıqdan sonra “Su-27”-lər geri dönüb.

Rusiya dövlət sərhədlərinin pozulmasına imkan verilməyəcəyini bəyan edən Milli Müdafiə Mərkəzi rus təyyarələrinin uçuşlarının beynəlxalq hava sahəsindən istifadə edilməsi şərtinə bağlı qalacaqlarını vurğulayıb.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}