Dövlət çevrilişi baş tutmadı: Ermənistanda siyasi qüvvələr dialoqa başlayır
Tarix: 26-02-2021 14:39 | Bölmə: Slayd
Dövlət çevrilişi baş tutmadı: Ermənistanda siyasi qüvvələr dialoqa başlayır

Gərginliyi azaltmaq və vəziyyəti sülh yolu ilə həll etməyin yollarını tapmaq üçün Ermənistan prezidenti Armen Sarkisyan fevralın 26-da parlament fraksiyalarının liderləri və nümayəndələri ilə görüşlər keçirəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Digər bir məlumatda isə qeyd edilir ki, Sarksiyan eyni məqsədlə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla görüş keçirməyi planlaşdırır.

Erməni prezidentin bu addımları deməyə əsas verir ki, artıq bu ölkədə Nikol Paşinyanı devirmək ssenarisi kara gəlmir.

Əvvəlcə Rusiyanın “5-ci kolon”unu təmsil edən 17 siyasi partiya Paşinyanı küçə yolu ilə devirmək ssenarisini işə salsa da, plan baş tutmadı.

Bundan sonra “5-ci kolon”un hərbi qanadı irəli çıxarıldı, Paşinyandan istefa tələbi olundu.

Lakin Baş nazir Paşinyan bu tələbi rədd edərək tərəfdarlarını küçələrə səslədi. Kifayət qədər insan küçələrə çıxaraq Paşinyana dəstəyini ifadə etdi.

Dünən axşam saatlarında isə Paşinyanla Putin arasında telefon danışığı oldu. Putin tərəfləri qarşıdurmaya getməkdən çəkinməyə səslədi.

Beləliklə, Ermənistanda baş verən proseslərin qəhrəmanı rolunda yenə də Paşinyandır.

Reyting.az




Bölməyə aid digər xəbərlər