Sülhəddin Əkbər: “Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir”
Tarix: 26-02-2021 14:50 | Bölmə: Slayd
Sülhəddin Əkbər: “Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir”

“Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti” Agentliyinə müsahibəsi zamanı açıq şəkildə bildirdi ki, həm Ermənistandakı 102 saylı hərbi hissənin genişləndirilməsi, həm də onun bir hissəsinin Sünikdə-Zəngəzurda yerləşdirilməsində maraqlıdırlar və bu məsələ danışıqlar mövzusu olub. Böyük ehtimalla Federal Təhlükəsizlik Xidmətinin də həmin ərazidə qüvvələrini artırılacaq. Eyni zamanda burada üçünü məsələ də var. Ermənistan-Azərbaycan sərhədinin Rusiya tərəfindən qorunması. Bu da o deməkdir ki, həm Zəngəzur, həm də Mehri dəhlizində Rusiya Sərhəd Qoşunları yerləşdiriləcək”.

Bu fikirləri Reyting.az-a təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbər Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının bir hissənin Azərbaycan-Ermənistan sərhəd bölgəsinə yaxın Sünikdə (Zəngəzur) yerləşdirilməsinin mümkünlüyü haqda suala cavabında deyib.

S. Əkbər hələ bir neçə il əvvəl Rusiyanın Azərbaycanla “vəkalət müharibəsi” apardığını, bizim “nə zaman onun vəkillərinin başını əzsək qarşımıza Rusiya çıxacaq”,- fikrini xatırladıb: “İndi biz, bu mərhələyə gəlmişik. Qarşımızda və əsas düşmənimiz Rusiyadır. İndi diqqətlə baxanda görürük ki, üç istiqamətdə Rusiya ordusu ilə üz-üzə olacağıq. Şimal hissədə Azərbaycan-Rusiya dövlət sərhədi var. Xəzərdə də Rusiya ilə sərhəddimiz mövcuddur. Sirr deyil ki, Xəzər dənizində əsas və aparıcı hərbi güc Rusiyadır. Bu, Xəzərlə bağlı son konvensiyada da özünü göstərir. İndi də qərb sərhədlərimiz boyuncu yerləşəcəklər. Yalnız İranla sərhədlər qalır. Bizim İranla münasibətlərimiz aydındır, üstəlik, Rusiya və İran koordinasiyalı hərəkət edir. Obrazlı desək Azərbaycanın mühasirəsi prosesi gedir. Sözsüz ki, Azərbaycan da bu mühasirəni yarmalıdır”.

Mütəxəssis hesab edir ki, Azərbaycan bu mühasirəni geopolitik və təbii müttəfiqləri ilə birlikdə yara bilər: “Bir daha təkrar edirəm ki, əvvəl-axır Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir. Azərbaycanın gücü qarşısındakı adekvat deyil. Deməli, balansı yaratmaq üçün Rusiyanı tarazlaşdıracaq hərbi gücə ehtiyacımız var. Əslində yalnız Türkiyə Silahlı Qüvvələrinin bazasının Azərbaycanda yerləşdirilməsi, Türkiyə ilə hərbi ittifaq sazişinin imzalanması da yetərli olmaz. Biz ABŞ, Avropa Birliyi, NATO, Böyük Britaniya, İsrail və Pakistanla öz hərbi-siyasi və starteji münasibətlərimizi rəsmi qurmalıyıq. Mən bununla bağlı təkliflərimi zamanında mətbuatda çap etmişəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}