Karantin rejimi sərtləşdirilə bilər - Professor
Tarix: 27-03-2021 10:27 | Bölmə: Slayd
Karantin rejimi sərtləşdirilə bilər

“Karantin rejimi ilk olaraq ölkədəki epidemoloji vəziyyətdən asılıdır. Əgər epidemoloji vəziyyət pisləşərsə, karantin qaydaları sərtləşdirilə bilər. Buna hamımız normal yanaşmalıyıq. Çünki məqsəd vətəndaşı qorumaqdır”.

Bu fikirləri Reyting.az-ın Azərbaycanda sərt karantin rejiminin tətbiq edilməsi ehtimalı haqqında sualına cavabında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Professor bildirib ki, istənilən ölkədə sərt karantin rejiminə dair qərar epidemoloji vəziyyətin ümumi analizindən sonra verilir:

“Azərbaycanda Novruz bayramı səbəbindən karantin qaydalarını sərtləşdirilmədi. Amma hesab edirəm ki, artım müşahidə olunsa, daha sərt qərarlara ehtiyac yaranacaq”.


A. Qeybulla

Adil Qeybulla xatırladıb ki, əhalidən fərqli olaraq həkimlər real vəziyyəti daha dərindən bilirlər: “Biz xəstələrin sayını, müraciətlərin dinamikasını, xəstəxanaların dolub-boşalması kimi məsələləri bilirik. Odur ki, təmasların məhdudlaşdırılması istiqamətində müəyyən addımların atılması mümkündür. Əhalimiz də buna anlayışla yanaşmalıdır”.

Mütəxəssis əlavə edib ki, artıq bəzi ölkələrdə üçüncü dalğa haqqında rəsmən danışmağa başlayıblar: “Çünki artım dinamikası, xəstəliyin spesifikası əvvəlki gedişlərdən müəyyən mənada fərqlidir. Bu da əsas verir ki, son yaşananlar üçüncü dalğa kimi xarakterizə edilsin. Hesab edirəm ki, üçüncü dalğa real olarsa, müəyyən profilaktik tədbirlər həyata keçirilə bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər