23:49 / 15-10-2025
Vahid Əhmədovdan Ramiz Mehdiyev haqqında - Açıqlama
23:30 / 15-10-2025
Ermənistanın Araqatsotn yeparxiyasının 13 ruhanisi saxlanılıb
20:22 / 15-10-2025
Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
18:35 / 15-10-2025
Hikmət Hacıyev Almaniyada görüşlər keçirib (Yenilənib)
18:10 / 15-10-2025
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
18:09 / 15-10-2025
Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər
17:59 / 15-10-2025
Mask "Cybertruck"in satışını süni şəkildə artırıb
17:44 / 15-10-2025
İranın hərbi gəmiləri Azərbaycana gəlib - Fotolar
17:37 / 15-10-2025
Cəlaloğlu: Məsələ Ramiz Mehdiyevin həbsi ilə məhdudlaşmamalıdır - Müsahibə
17:31 / 15-10-2025
Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs əldə olunub
17:28 / 15-10-2025
Bakıda Zəfər Günü parad olacaq
17:18 / 15-10-2025
Sabah Binəqədinin bəzi ərazilərində qaz olmayacaq
17:02 / 15-10-2025
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
16:48 / 15-10-2025
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
16:36 / 15-10-2025
Avropa İttifaqı Çin qarşısında şərtlər qoyacaq
16:32 / 15-10-2025
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
16:17 / 15-10-2025
Deputatın mandatına xitam verilib
15:48 / 15-10-2025
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15:48 / 15-10-2025
İnsan hüquqlarının pozulmasına dair şikayətvermə qaydası dəyişib
15:40 / 15-10-2025
Siyavuş Novruzov: "Hazırda iclasdayam..."
15:39 / 15-10-2025
Dolu siniflər, çətin dərsliklər və… - Vüqar Vəliyev yazır
15:18 / 15-10-2025
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb
15:15 / 15-10-2025
Bakalavr təhsili olan zabitlərin ehtiyata buraxılma qaydalarına dəyişiklik edilir
14:58 / 15-10-2025
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
14:41 / 15-10-2025
Premyer Liqanın növbəti turunun oyun cədvəli açıqlanıb
14:38 / 15-10-2025
Rusiya dəmir yollarına hücumları artırıb
14:25 / 15-10-2025
Ukrayna neft terminalını yenidən vurub
13:59 / 15-10-2025
Vəzifədən çıxarılan general: "Artıq bu səbəbdən işləyə bilmirəm"
00:42 / 11-10-2025

23:11 / 11-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:07 / 11-10-2025

10:12 / 13-10-2025

13:48 / 11-10-2025

İranda seçkilər: 15 yaşlı uşaq, inqilabçıların inhisarı və şikayətçi prezident
Tarix: 14-05-2021 12:35 | Bölmə: Slayd

İran 13-cü prezident seçkilərinə qədəm qoyub. 5 gün DİN-ə baş vurmuş iddialıların sənədlərinə tezliklə Nəzarətçilər Şurasının mikroskopu altında baxılacaq və seçkiyə buraxılanların, həmişəki kimi, qısa siyahısı açıqlanacaq.
Prosesin lap əvvəlində prezidentliyə namizədlər üçün tələblər ciddi mühabisələr doğurub. Bunlardan ən başlıcası iddialılara qarşı irəli sürülən yaş senzidir: ən azı – 40, ən çox – 75.
Digər mühüm tələblər: təhsil səviyyəsi – ən azı magist dərəcəsi və dövlət qulluğunda ən azı 4 il staj.
Prezident Həsən Ruhani Nəzarətçilər Şurasının təlimatında yer almış bu tələblərə görə şifahi həmləyə keçib və Şuranın qanunverici səlahiyyətə malik olmadığını əsas gətirərək qurumu tənqid edib.
“Prezident seçkiləri haqqında” Qanunda, həqiqətən, yaş senzi barədə müddəa yoxdur, lakin Nəzarətçilər Şurası Məsləhət Şurasının təklif və təyinlərinə istinadla düzgün hərəkət etdiyini isbatlamağa çalışıb.
Yaş senzinin bir sıra namizədlərin yolunda ən böyük əngəl olduğunu müşahidəçilərin əksəri qeyd edir. Hətta “Sepah”ın (İİKK) sıralarından çıxmış general Səid Məhəmməd də bu tora düşə bilər.
Keşikçilər Şurasının üzvü Əhməd Xatəmi bu yöndəki etirazlara ritorik cavab verib: “Məgər ölkənin idarəçiliyi 15 yaşlı bir uşağa verilə bilərmi?... 40 yaş yetkinlik yaşıdır...”
“15 yaşlılar”a etimadsızlıq
Seçki marafonunda iştirak niyyətində olmuş bir namizədin timsalında “15 yaşlılara” etimadsızlığın səbəbi daha aydın görünür – “Foreign Policy”nin “İranın Emmanuel Makronu” adlandırdığı Məhəmməd Cavad Azəri Cəhromi.
Ruhani administrasiyasında rabitə naziri vəzifəsini tutan gənc siyasətçinin tərcümeyi-halında “Sepah”ın kiberkəşfiyyat bölməsində xidmət sətiri olsa da, yaş senzi, əslinə baxılarsa, Azəri Cəhrominin gələcək yüksəlişi üçün yeganə əngəl deyil.
Yapışıqlı və yenilikçi, tay-tuşları, yəni “X (İks) nəsli” (gənc nəsil) arasında yetərindən artıq populyar nazirin, bədxah adlandıra biləcək xeyli rəqibi var. Xüsusən, Əhməd Xatəminin təmsil olunduğu ifrat mühafizəkar cinahda.

2019-cu ildə “Foreign Policy”də nazirin müsbət təqdimatından sonra İranda yaranmış qısqanclığı necə xatırlamayasan. İnqilabçı nəsil rabitə nazirini “sağlıq məqaləsi”nə görə 50 min $ ödəməkdə ittiham etdi. İşə ABŞ nəşrinin baş redaktoru qarışdı, rəsmən bildirdi ki, məqalə reklam qaydasında dərc olunmayıb və jurnal kassasına 1 sent belə ödənilməyib.
Bu, artıq qayıdışsız keçmişdir.
Son açıqlamalarının birində isə məhz Azəri Cəhromi “15 yaşlı uşaqlar”a etimadsızlığın səbəbinin izahında düz onluğa vurub. O, yeni nəslin İran siyasətində niyə belə az təmsil olunmasının dəqiq tərifini verib: “İnqilabçı nəsil siyasi inhisar yaradıb!”
Nazir öz tvitində qeyd edib ki, 1979-dan sonra inqilabın gəncliyi (miladi 60-cı illər nəsli – şəmsi 1342) ölkənin müxtəlif sahələrində idarəetmə sükanı arxasına keçib. “İnqilabın gənc nəsli yaşlanır, amma əksər idarəetmə vəzifələri həmin nəsil arasında bir əldən digərinə ötürülür, kabinə başçıları və rəhbər şəxslər orta yaşlılarla birlikdə qocalır”.
Daha sonra Azəri Cəhromi qeyd edir: “Hazırda İran əhalisinin 15 faizini bu nəsil (55 yaşdan yuxarı olanlar) təşkil edir. Hələ də ölkədəki rəhbər vəzifələrin təqribən 85 faizini onlar tutur, hakimiyyətdən əlavə, sərvət paylarının əhəmiyyətli hissəsinin də onlarda olması ehtimalı var. Başqa nəsillərə və övladlarına yer vermək istəməyən, yeni nəslin dəyərləri və baxışlarına qatqı təmin etməyə hazır olmayan inqilabçı nəsil! Bu inhisarçılıq ölkəyə nə fayda verəcək?”
Gənc və “hizbullah”çı
Ayətullah Xamnəi illərdir idarəetmədə dəyişikliklə bağlı eyni ifadəni təkrarlayır: gənc və “hizbullah”çı prezident.
Mayın 11-də ölkənin gənc nəsli ilə onlayn ünsiyyətdə o, oxşar bəyanatı yenə dilə gətirib: “İnqilabçı, ədalətli, korrupsiyaya qarşı mübarizə aparan, dəyişikliyə və gəncliyə inanan bir hökumət qurun”.
Söz düşmüşkən, Ali liderin prezident seçkilərindən gözləntisi yaş senzinə dair mübahisə üçün də çözüm ola bilərmi?
Ayətullah Xamnəi vurğulayıb ki: “Bəziləri düşünür ki, gənc və inqilabçı hökumət bütün kabinə üzvlərinin 30-35 yaşlı olması mənasını verir, halbuki bu, təcrübəyə və dünyagörüşə sahib şəxslərə məhəl qoymamaq demək deyil”.
Keşikçilər Şurasının üzvü Əhməd Xatəmi isə bildirir ki: “Konstitusiyaya görə, qanunun təfsiri Keşikçilər Şurasına aiddir”.
Əgər ən vacib məsələ, Xamnəinin təbirincə, “Birincisi, dəyişiklik lazımdır; ikincisi, dəyişiklik mümkündür və üçüncüsü, dəyişikliyə nail olmağın yolu dəyişikliyə və dəyişikliyi yaradan ünsürə inanan bir hökumət qurmaqdır”sa, şübhəsiz, buna yalnız “X nəsli" qabildir. Çünki yeniliyə ən çox can atan bu sosial təbəqədir. Lakin...
“Sıfır” fəallıq?
BMT Əhali Fondu hələ 2012-ci ildə İran əhalisinin 58 faizindən çoxunun gənc olduğunu açıqlayıb. Rəsmi təxminlərə görə, əhalinin təxminən 30-40 milyonunu yeni nəsil təmsil edir. Amma kükrək enerjili sosial təbəqənin İranda siyasi zirvəyə dırmanış prosesi çox ləngdir.
Azəri Cəhrominin timsalında bunun bir, bəlkə də, əsas səbəbi izahını tapır.
Digər səbəblər varmı?

Sosial şəbəkənin İran seqmentində gənclərin fəallığı, hadisələrə ayıqlığı və zəkalı təhlili yeni nəslin məcazi (virtual) platformadan siyasət meydanına keçidinin zaman məsələsi olduğu qənaəti doğurur. Amma hazırda hakimiyyətin iki – icraedici və qanunverici qolu “X nəsli”nin yüksək təmsilçilik faizi ilə öyünə bilməz.
Əbdülməhəmməd Kazempur “X nəsli” kitabında məişət qayğıları, iqtisadi müşküllər və ilk növbədə, işsizliyin təzyiqi altında olan gənc təbəqənin siyasi apatiyasına geniş yer ayırıb. Sosioloq cəmiyyətdə daha çox açılım istəyən “X nəsli"nin siyasi və sosial iştirak səviyyəsini “sıfır” deyə səciyyələndirir.
Kazempurun rəyi şişirtmə və hətta qərəzli hesab oluna bilər. Böyük ehtimalla, məhz belədir.
Seçki qanunvericiliyinə görə, İranda 15 yaşına qədəm qoymuş hər bir kəs seçki hüququna malikdir. Lakin son illərdə gənc nəslin seçkilərdə iştirak faizi, digər yaş qrupları kimi, dibə yuvarlanır.
İranda mühafizəkar cinahı təmsil edən Mübariz Ruhanilər Cəmiyyətinin üzvü Seyid Rza Əkrəmi problemi görərək IRNA-ya açıqlamasında bildirib ki, “hər şeydən əvvəl, gənclərə və tələbələrə seçkilərə qatılmanın dini bir vəzifə olduğunu, dua və oruc kimi, dini vəzifə olduğunu söyləməliyik”. Əhməd Xatəmi də “Nur” surəsinin 69-cu ayəsinə istinadla müsəlmanların cəmiyyətdə hərtərəfli iştirakına vurğu edir, yəni həm də gəncləri seçki fəallığına səsləyir.
Bu seçkidə “X nəsli” üçün motivasiya nə ola bilər?
2021-ci ilin aprelində keçirilmiş rəy sorğusunda (“Tasnim News”) respondentlərin cəmi 32,8 faizi prezident seçkilərində hökumət dəyişikliyi ilə ölkədəki vəziyyətin yaxşılaşacağına ümidlidir. 11,7 əksinə, vəziyyətin daha da pisləşəcəyini bildirib. 33,2 faiz prezident seçkilərindən sonra ölkədəki vəziyyətin dəyişməyəcəyinə inanır.
Bununla bərabər, respiondentlərin 43,3 faizi seçkidə iştirak edəcəyini bildirib. Onların arasında yaş qrupları belə bölünüb: 18-29 yaş qrupu – 19 faiz, 30-49 yaş qrupu – 42.6 faiz, 50 yaş və yuxarı yaş – 56.4 fazi.
Şikayətçi prezident
İslam İnqilabından bu yana İranda 37 seçki keçirilib. Siyasi fəal və Məşhəddəki Firdovsi Universitetinin hüquq fakültəsinin təmsilçisi Qulamrza Xacinin fikrincə, 2021-ci ilin seçkilərində məhz gənclər ən təsirli qrupdur.
Amma 13-cü prezident seçkilərinə, həmçinin, gənclərin marağını öldürən digər mühüm bir izah var. Bu, ilk növbədə, İranda prezident vəzifəsini tutan şəxsin səlahiyyətlərindən nə dərəcədə istifadə edə bilməsidir.
Vilayəti-fəqih sistemində prezident seçilmiş şəxslərin səlahiyyət azlığından şikayəti daim gündəmə oturub. Təsadüfi deyil ki, 2021-ci ilin aprelində keçirilmiş rəy sorğusunda da respondentlərə mövzuya dair sual verilib: “Prezidentin ölkənin idarəçiliyində səlahiyyəti, Sizcə, hansı səviyyədədir?"
Anket cavablarında respondentlərin 28,7 fazinin prezidentin ölkəni idarə etmək səlahiyyətlərinin aşağı və 33,9 faizi yüksək olduğunu bildirib. Respondentlərin 25,4 faizi prezidentin ölkəni idarə etmək üçün müəyyən səlahiyyətlərə sahib olduğuna inanır və 12 faiz bu suala cavab verə bilməyib.
Keçikçilər Şurasının üzvü Əhməd Xatəmi indidən namizədlərə bu məsələyə dair xəbərdarlığını edib: “Namizədlər bu Konstitusiya ilə iqtidara gələcəklərini bilməlidirlər. Vəzifə kürsüsünə oturduqdan sonra Konstitusiyanı qəbul etmədiklərini bildirməməlidirlər. Sonradan “qanunu qəbul etmirəm, boykot edirəm”,- deməsinlər. Əsas Qanunu qəbul etmirdinsə, siyasi meydana niyə çıxırdın?!”
Əziz Rzazadə
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
Bu gün, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
Bu gün, 13:21
Prezident yeni idarə yaradıb - Fərman
Bu gün, 12:43
Qarabağın 19 yaşayış məntəqəsinə köç olacaq
Bu gün, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
Bu gün, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
Bu gün, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar
3-10-2025, 14:22
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
3-10-2025, 12:01
Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq