Rusiya NATO-nun üzərinə 20 hərbi birləşmə göndərir
Tarix: 01-06-2021 10:54 | Bölmə: Slayd
Rusiya NATO-nun üzərinə 20 hərbi birləşmə göndərir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-ya qarşı sərt reaksiyaları ilə yenidən diqqətə mərkəzinə gəlib. Nazir bəyan edib ki, Rusiya NATO-ya qarşı Qərb sərhədlərinə yeni hərbi birləşmələr yerləşdirəcək.

Reyting.az
xəbər verir ki, tarixin gərgin dövrünü yaşayan Rusiya-NATO münasibətləri Rusiyanın yeni addımları ilə daha da gərginləşir.

NATO-nun qonşu ölkələrdə hərbi tədbir və imkanlarını artırdığını ifadə edən Şoyqu yeni planlarını açıqlayıb.

Nazir bildirib ki, Rusiya Qərb bölgələrində 20-yə yaxın yeni hərbi birliklər yerləşdirəcək. Bu durumun dünya təhlükəsizlik sistemini yerlə bir etdiyini xatırladan Şoyqu deyib ki, yaranmış vəziyyət Rusiyanı önləyici tədbirlər görmək üçün bir sıra addımlar atmağa məcbur edir.

Rusiya müdafiə naziri NATO-nun bölgədə artan hərbi təsiri və varlığını göstərmək üçün nümunələr də çəkib. Deyib ki, ABŞ-ın strateji bormbardmançı təyyarələri Avropa uçuşlarını son yeddi ildə 14 dəfə çoxaldıb.

O, həmçinin NATO və ABŞ-ın Ukraynada göstərdiyi reaksiyanı və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ən yüksək səviyyəyə çıxarmasını fakt kimi təqdim edib.

Qeyd edək ki, S. Şoyqu ötən ay verdiyi açıqlamada ABŞ və NATO-nun gərginliyi artırdığını, NATO-nun Avropadakı hərbi birliklərinin müharibəyə hazırlaşdığını iddia etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər