Azərbaycandan qaçan aparat rəhbəri axtarışa verilib - Fotolar
Tarix: 14-05-2022 09:28 | Bölmə: Slayd
Azərbaycandan qaçan aparat rəhbəri axtarışa verilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov axtarışa verilib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, S. İmanov barəsində Cinayət Məcəlləsinin 178.3.2, 324, 312.1-ci maddələri ilə axtarış elan edilib.

Qeyd edək ki, S. İmanov 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə təyin etdirəcəyi vədi ilə aldadaraq onun 170 min ABŞ dollarını mənimsəyib. Sabiq aparat rəhbəri bu işi Komitənin keçmiş sədri Hicran Hüseynovanın vasitəçiliyi ilə gördüyünü deyib.


S. İmanov

Həmin il yayılan iddialara görə, E. Kərimov dəfələrlə pulu geri almaq üçün H. Hüseynova və S. İmanovla görüşüb. Daha sonra S. İmanov ölkədən qaçıb.

S. İmanov E. Kərimovdan 170 min dolları alan zaman ona qəbz verib. Qəbzdə H. Hüseynovanın da adı qeyd olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}