09:33 / 24-10-2025
Aparat rəhbəri vəfat edib
17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
DTX Naxçıvanda yeni əməliyyat keçirib, saxlanılanlar var
Tarix: 04-12-2022 12:06 | Bölmə: Slayd
DTX Naxçıvanda yeni əməliyyat keçirib, saxlanılanlar var

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsü Həsən Əhmədovun və Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovun saxlanılaraq Bakıya gətirildikləri bildirilir. Məlumata görə, onlar hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən sorğu-sual olunur.

Reyting.az
ovqat.com-a istinadla xəbər verir ki, saxlanılanlardan Hicran Rüstəmov dövlətə məxsus külli miqdarda vəsaiti mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə ittiham olunur.

Digər bir qeyd olunur ki, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də nəzarətə götürülüblər.




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto