Şoyqu: “Qərb Qarabağa girməyə çalışır”
Tarix: 25-05-2023 13:37 | Bölmə: Siyasət
Şoyqu: “Qərb Qarabağa girməyə çalışır”

“Qərb Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən iclasında deyib.

“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi Dağlıq Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər cür şəkildə vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - Şoyqu bildirib.

Onun fikrincə, Qərb üçün əsas məsələ Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır, nəinki uzunmüddətli perspektivdə regionun təhlükəsizliyini və rifahını təmin etmək.

“Buna misal olaraq Avropa İttifaqının Ermənistandakı mülki missiyası deyilən, hərbçilərin və xüsusi xidmət orqanlarının da daxil olduğu missiyanı göstərmək olar. Düşünürəm ki, onların əslində nə etdiklərinin izahına ehtiyac yoxdur”, - Şoyqu əlavə edib.

Nazir deyib ki, KTMT missiyasının regiona göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri sayırlar.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}