18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Məşhur futbolçu əmisi oğlunu bıçaqlayıb
Tarix: 19-06-2023 15:44 | Bölmə: Xəbərlər / İdman
Məşhur futbolçu əmisi oğlunu bıçaqlayıb

Hollandiyalı futbolçu əmisi oğlunu bıçaqlayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Rusiyanın “Spartak” (Moskva) klubunda çıxış edən hollandiyalı futbolçu Quincy Promes əmisi oğlunu bıçaqladığı üçün 18 ay həbs cəzası alıb.

Məlumata görə, adam öldürməyə cəhd və ağır xəsarət yetirmə ittihamları ilə mühakimə olunan dünya şöhrətli futbolçu Quincy Promes əmisi oğlunu şəxsi mübahisə zəminində vurub.

Xatırladaq ki, daha əvvəl narkotik alverində və cinayət təşkilatına qoşulmaqda ittiham olunan 31 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 27 matçda 20 qol və 7 məhsuldar ötürmə ilə Moskva “Spartak”ının üçüncü yeri tutmasında mühüm rol oynayıb.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}