Məhkəmə kokain kralı ilə bağlı qərar verib
Tarix: 18-04-2024 13:39 | Bölmə: Xəbərlər
Məhkəmə kokain kralı ilə bağlı qərar verib

Avropa İttifaqının Ali Məhkəməsi mərhum kolumbiyalı narkobaron Pablo Eskobarın adının Avropa Birliyində ticarət nişanı kimi qeydiyyata alınmayacağına dair qərar verib.

Reyting.az
“Financial Times”ə istinadla bildirir ki, qərar qardaşı tərəfindən təsis edilən “Eskobar Inc” şirkətinin 2021-ci ildə Pablo Escobarın söz markasını Avropa İttifaqının (Aİ) mal və xidmətlər üçün ticarət nişanı kimi qeydiyyata almaq üçün Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) müraciətindən sonra qəbul olunub.

EUIPO ərizəni rədd edib, çünki işarə “əxlaq prinsiplərinə” zidd sayılıb.

Çərşənbə günü məhkəmə əmtəə nişanının “narkotik alveri, narkotik terrorizmi, bundan irəli gələn cinayətlər və iztirablarla” əlaqəli olacağını bildirərək qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, kokain kralı kimi tanınan Pablo Eskobar tarixin ən məşhur və güclü narkotacirlərindən birinə çevrilən kolumbiyalı narkobarondur. O, 1949-cu ildə Kolumbiyada anadan olub və narkotik alveri dünyasında karyerasına 1970-ci illərin əvvəllərində başlayıb. Eskobar tez bir zamanda dünyanın ən böyük narkotik şəbəkəsindən birinin - 1980-ci illərdə qlobal kokain bazarının çox hissəsini idarə edən Medellin mafiyasının lideri olub.

O, hakimiyyət uğrunda mübarizədə və narkotiklərin qanunsuz dövriyyəsinə nəzarətdə amansızlığı ilə tanınıb. Eskobar ABŞ və digər ölkələrə böyük həcmdə kokain göndərilməsinə, eləcə də maraqlarını qorumaq üçün qətl də daxil olmaqla, bir çox zorakılıq aktlarına görə məsuliyyət daşıyır.

Uzun illər davam edən axtarışlardan sonra Eskobar 1993-cü ildə hökumət qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Onun həyatı və karyerası cinayət tarixində ən məşhur və mübahisəli hadisələr arasında qalır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}