Saakaşvili klinikadan həbsxanaya köçürüləcək
Tarix: 25-07-2024 12:40 | Bölmə: Xəbərlər
Saakaşvili klinikadan həbsxanaya köçürüləcək

Mixail Saakaşvili tez bir zamanda “Vivamed” klinikasından həbsxanaya köçürüləcək.

Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyb.

“Həkimlər onun səhhətini qiymətləndirirlər. Mixail Saakaşvili cəzaçəkmə müəssisəsinə köçürüləcək. Siz bu barədə çox yaxında xəbər tutacaqsınız ki, onun səhhəti kəskin şəkildə yaxşılaşıb. Mən ona cansağlığı arzulayıram", - deyə R.Breqadze bildirib.

Qeyd edək ki, bir müddət öncə Ombudsmanın çağırdığı həkimlər şurası Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəziyyəti ilə bağlı hesabatını bu ilin fevralında təqdim etmişdi. Hesabatda müsbət dinamika qeyd edilib, eyni zamanda vəziyyətin hələ də daimi həkim nəzarəti tələb etdiyi vurğulanıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}