Qəzzada ölənlərin sayı 39175-ə çatıb
Tarix: 25-07-2024 15:47 | Bölmə: Xəbərlər
Qəzzada ölənlərin sayı 39175-ə çatıb

İsrail ordusu Qəzza zolağını bombalamaqda davam edir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, son sutkada daha 30 dinc sakin həlak olub, 146 nəfər isə yaralanıb.

Faktı Fələstin Səhiyyə Nazirliyi təsdiqləyib. Bildirilib ki, bununla da 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında ölənlərin sayı 39 min 175-ə, yaralı sayının isə 90 min 403-ə yüksəlib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}