Livandan İsrailə 105 raket atılıb
Tarix: 22-09-2024 09:19 | Bölmə: Xəbərlər
Livandan İsrailə 105 raket atılıb

Bu gün səhər saatlarında “Hizbullah” Hərəkatı Livandan İsrailə 105 raket atıb, 3 nəfər yaralanıb.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

Raketlərin 85-i Hayfaya, 20-i İsrail vadisinə istiqamətlənib. Saat 06.24-06.32, 06.52 və 07.00-da buraxılan raketlərin bir qismi havada vurulub, bir qismi isə Hayfa şəhəri yaxınlığındakı Kiryat-Byalik yaşayış məntəqəsinə düşüb.

Kiryat-Byalikdə 3 nəfər yaralanıb.

“Hizbullah” əsas hədəfinin Hayfa rayonunda yerləşən "Rafael" hərbi şirkətinin obyekti olduğunu bəyan edib.(APA)




Bölməyə aid digər xəbərlər