Uzaq gələcəkdə Günəş kristala çevriləcək
Tarix: 22-09-2024 09:46 | Bölmə: Xəbərlər
Uzaq gələcəkdə Günəş kristala çevriləcək

Günəşin gələcək vəziyyəti tez-tez müzakirə olunur. Alimlər müasir dünya elmini düşündürən belə bir maraqlı mövzu ətrafında fikir mübadiləsi aparıb müxtəlif nəzəriyyələrdən, eləcə də hələ aktuallığını itirməyən ehtimallardan söz açırlar.

Reyting.az
"News Science" nəşrinə istinadla bildirir ki, professor Karl Maldininin rəhbərliyi altında astrofiziklərin gəldiyi qənaətə görə, uzaq gələcəkdə Günəş kristala çevriləcək.

Məqalədə yazılır: "Günəşə bənzəyən ulduzların təkamülünün superkompüter simulyasiyalarına əsaslanan tədqiqatlar göstərir ki, elm adamlarının "ağ cırtdan" adlandırdığı mərhələdən dərhal sonra bu ulduzun nüvəsində kristallaşma prosesi başlayacaq”.

Alimlərin söəzlərinə görə, kristallaşmadan sonra isə tamamilə soyudulmuş "ağ cırtdan"-nın nüvəsindəki karbon, oksigen atomları kristal quruluşda düzüləcək. Elm adamlarının fikrincə, bu proses bəlkə də milyardlarla il çəkə bilər. Nəticədə odlu topun yerində diametri təxminən 10.000 kilometrə çatan nəhəng bir almaz əmələ gələcək.

Bu nəzəriyyənin təsdiqi "ağ cırtdan”-ların pulsasiyalarının müşahidələrində tapılıb. Bu sahəni geniş, həmçinin çox dərin, əhatəli tədqiq edən astrofiziklərin fikrincə, Günəşin parlaqlığının dəyişməsi kristallaşma modellərinin proqnozları ilə tamamilə üst-üstə düşür. Bu isə bir daha sübut edir ki, Maldininin irəli sürdüyü və indiyədək ancaq fərziyyə kimi qəbul edilən Günəşin, ulduzların bir zaman kristallaşacağı barədə nəzəriyyəsi elmi nöqteyi-nəzərdən təsdiqini tapır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər