İranda partlayış: çoxsaylı ölən və yaralılar var
Tarix: 22-09-2024 10:10 | Bölmə: Xəbərlər
İranda partlayış: çoxsaylı ölən və yaralılar var

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində güclü partlayış baş verib. Partlayış nəticəsində ölənlər və yaralılar var.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi deyib ki, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb.

Mədənin 250 metr dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir”.

Digər mənbələr isə Təbas kömür mədənindəki partlayışda 30 nəfərin öldüyünü, 17 nəfərin isə yaralandığını bildirirlər.

Qızıl Aypara Cəmiyyətinin sədri deyib ki, 24 nəfərin axtarışları hələ də davam edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.




Bölməyə aid digər xəbərlər