Azərbaycanın bəzi rayonlarına qar yağıb
Tarix: 20-04-2019 09:42 | Bölmə: Xəbərlər
Azərbaycanın bəzi rayonlarına qar yağıb

Ötən gecə Azərbaycanın cənub bölgəsinin dağlıq rayonlarına qar yağıb. Sosial şəbəkə istifadəçilərinin məlumatına görə, Lerik və Yardımlı rayonlarına hazırda da qar yağır.

Lerikin yüksək dağlıq ərazilərində daha çox yağıntı düşüb.

Məlumata görə, gecə saatlarında Quba və şimal bölgəsinin digər rayonlarına qar yağmağa başlayıb.

Qar meyvə ağaclarına zərər vurub.

Ağacların çiçəkləri yağıntının və şaxtanın təsirindən donub.

Hazırda qarın yağıntısı davam edir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 19-da ayrı-ayrı yerlərdə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ilə bağlı proqnoz yaymışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}