19:45 / 24-10-2025
Anar Əsədli həbs olunub
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Tarix: 24-10-2025 14:56 | Bölmə: Slayd
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib)

Bu gün Xocalı rayonu Seyidbəyli kəndinə növbəti köç karvanı gedib.

Reyting.az
 xəbər verir ki, bu dəfə Seyidbəyli kəndinə 18 ailədən ibarət 61 nəfər köçürülüb.

Bununla da kəndə köçürülən ailələrin sayı 27-yə çatır.

***

Oktyabrın 24-də Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Reyting.az-a verilən məlumata görə, bu mərhələdə ümumilikdə 85 nəfərdən ibarət 26 ailə doğma yurdlarına qayıdıb. Onlardan 61 nəfər (18 ailə) Seyidbəyli kəndinə, 24 nəfər (8 ailə) isə Daşbulaq kəndinə köçürülüb.

Seyidbəyli və Daşbulaq kəndlərində sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, hər iki kənddə müasir infrastruktur qurulub, sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir.

S. Qəhrəmanov vurğulayıb ki, kəndlərdə bərpa-quruculuq işləri planlı şəkildə aparılır, müasir yaşayış evləri, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

Qeyd edək ki, bu zamanadək Seyidbəyli kəndinə ümumilikdə 119 nəfərdən ibarət 45 ailə, Daşbulaq kəndinə isə 115 nəfərdən ibarət 29 ailə köçürülüb. Böyük Qayıdış proqramı çərçivəsində Xocalı rayonunun digər kəndlərinə də mərhələli şəkildə köç prosesi davam etdiriləcək.







Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər
18-10-2025, 16:37 Vatikan zəfəri - Foto