Polis bələdiyyə sədrini cərimələdi - Bakıda
Tarix: 20-06-2019 11:49 | Bölmə: Xəbərlər
Polis bələdiyyə sədrini cərimələdi - Bakıda

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxtın Suraxanı rayonu ərazisində reyd keçirib.

DİN-in Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, reyd zamanı Zığ bələdiyyəsinin inzibati binasının arxa hissəsində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Zığ bələdiyyəsinin sədri K.Nəsrullayev İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}