Qənirə Paşayeva şəhid ailələrini ziyarət edib - Foto
Tarix: 25-01-2020 23:19 | Bölmə: Xəbərlər
Qənirə Paşayeva şəhid ailələrini ziyarət edib

Qənirə Paşayeva 105 saylı Seçki Dairəsinə daxil olan bir sıra kəndlərdə şəhid ailələri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

"Şəhid ailələrimizə, Qarabağ müharibəsi əlilləri və veteranlarımıza hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır",- deyən Q. Paşayeva bildirib:

"Hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz və şəhidlərimizi heç zaman unutmayacağıq, onları hər zaman sevgi ilə anacağıq”.

Dövlətimizin şəhid ailələrinə dəstək və qayğısından danışan Q. Paşayeva cənab Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüşdən söz açıb, bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibətdə çox gözəl örnək olduğunu xüsusi vurğulayıb.

Millət vəkili bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Q. Paşayeva hər bir şəhid ailəsi ilə ayrılıqda görüşüb, onların qayğılarını dinləyib, onları maraqlandıran, narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb və “hər zaman yanınızdayıq”,- deyib.

O, Tovuzda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, böyüyən gənc nəsilin qəhrəman şəhidlərimizi daha yaxından tanıması istiqamətində görülən işlər və nəzərdə tutulan lahiyələr barədə də danışıb. Q. Paşayeva deyib ki, qəhrəman şəhidlərimizi gənc nəsillərə daha yaxından tanıdılması istiqamətində işlər daha da sürətlənəcək.

Görüş zamanı şəhid ailələri Qənirə Paşayevanın hər zaman Milli Məclisdə şəhid ailələri, müharibə əlil və veteranlarını narahat edən məsələləri mütəmadi qaldırması, müvafiq qurumlarla müzakirə aparmasını unutmadıqlarını deyərək bildiriblər ki, o, bu 14 il ərzində onların bir ailə üzvü kimi hər zaman yanlarında olub və əlindən gələni əsirgəməyib. “Bizim millət vəkilimiz sizsiniz və hər zaman yanınızdayıq”, - deyən şəhid ailələri Qənirə Paşayevaya təkrar dəstək və etimad göstərəcəklərini bildiriblər.

Q. Paşayeva şəhid ailələrinin dəstəyinin onun üçün mənəvi olaraq ən böyük dəstək olduğunu bildirib və hər zaman olduğu kimi, bu seçkilərdə də ona dəstək və etimad göstərən bütün şəhid ailələrinə təşəkkür edib.

Q. Paşayeva eyni zamanda 105 saylı Tovuz Seçki Dairəsinə daxil olan bir sıra kəndləri də ziyarət edib, sakinlərlə görüşüb. Onlarla qarşıdan gələn seçkilərlə bağlı söhbətlərlə yanaşı, qayğı və problemlərini də dinləyib, onların həlli istiqamətində müvafiq qurumlara müraciətlər edəcəyini deyib. Sakinləri seçkilərdə fəal olmağa çağıran Qənirə Paşayevaya görüşdüyü seçicilər ona dəstək və etimadlarının davam edəcəyini vurğulayıblar.

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}