Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq
Tarix: 06-04-2020 13:20 | Bölmə: Xəbərlər
Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}