AAAF Park-ın sakinləri etiraz aksiyasına başlayıb – Səbəb
Tarix: 17-09-2017 14:49 | Bölmə: Xəbərlər
AAAF Park-ın sakinləri etiraz aksiyasına başlayıb

AAAF Park yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib.

Məlumata görə, sakinlər kompleksdə qaz və lift olmamasına etiraz edirlər.

Etirazçılar bildirir ki, sakinlərdən qaz sayğaclarının pulu yığılsa da, 2 ildir qaz verilmir.

Bundan başqa, evlər satılanda əhaliyə binaların istilik sistemi ilə təchiz ediləcəyi barədə təminat da veriblər. Lakin, geridə qalan müddətdə verilən sözlərə əməl edilməyib. Sakinlər qarşıdan gələn qış aylarında mənzillərə istilik verilib-verilməyəcəyini bilmir.

Qaz, istilik və lift problemi tezliklə həll olunmasa aksiyanın davam edəcəyi bildirilir.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}