17:09 / 29-04-2024
Ukrayna Azərbaycana yeni səfir göndərib
16:47 / 29-04-2024
ABŞ səfiri Qubanın Qırmızı qəsəbəsində olub
16:43 / 29-04-2024
Şimali Koreya ABŞ-ı Ukraynaya görə ittiham edir
16:20 / 29-04-2024
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək
16:12 / 29-04-2024
Türkiyənin NATO ilə bağlı qərarı 32 dövlətə çatdırılıb
16:07 / 29-04-2024
Qəzzada can itkisi 34488 nəfərə çatıb
15:55 / 29-04-2024
İsa Qəmbər Müsavat başqanı postuna namizəd olub
15:49 / 29-04-2024
Mərkəz rəhbəri Anar Məmmədli saxlanılıb
15:47 / 29-04-2024
Hakan Fidan ilə Antoni Blinken Ər-Riyadda görüşüb
15:43 / 29-04-2024
Rusiya cəbhədəki böyük itkilərini kompensasiya edə bilmir
15:33 / 29-04-2024
Qazaxıstan: Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə vasitəçi kimi çıxış etmirik
15:23 / 29-04-2024
Qarabağ zonasında daha 1245 hektar ərazi minalardan təmizlənib
15:05 / 29-04-2024
Hərbçimiz Qazaxda minaya düşüb - Yenilənib
14:54 / 29-04-2024
Ukrayna ilə bütün keçid məntəqələri blokdan çıxarılıb
14:32 / 29-04-2024
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - (Yenilənib)
14:28 / 29-04-2024
DİM imtahanların vaxtını dəyişib
14:17 / 29-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib) - Foto
13:49 / 29-04-2024
İlham Əliyev Çin Xalq Assosiasiyasının sədrini qəbul edib - Fotolar
13:37 / 29-04-2024
Məşhur aktyoru cinsi təcavüzə görə həbs etmək istəyirlər
13:25 / 29-04-2024
Tanınmış MMA idmançısı yenidən həbs olunub
12:54 / 29-04-2024
Prezident iki nazir müavini təyin edib
12:45 / 29-04-2024
Sabahın hava proqnozu açıqlanıb
12:30 / 29-04-2024
Mayın 5-də növbəti imtahan keçiriləcək
12:20 / 29-04-2024
Prezident icra başçısı təyin edib - Sərəncam
12:15 / 29-04-2024
Nazim Bəydəmirlinin məhkəməsi başlayıb
12:09 / 29-04-2024
Prezident Ərdoğan MHP lideri ilə görüşəcək
12:00 / 29-04-2024
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
11:46 / 29-04-2024
Qərb Tiflisi Rusiyaya görə cəzalandırır
11:07 / 29-04-2024
Türkiyədə daha bir FETÖ əməliyyatı: saxlanılanlar var
10:52 / 29-04-2024
Bakıda 70 yaşlı kişi adam öldürüb
17:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
17:29 / 24-04-2024
24 Aprel - Erməni Yalanı Günüdür
10:09 / 27-04-2024
Marsdakı "hörümçək sürüsü"nün sirri açılıb - Fotolar
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
21:36 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - Fotolar
10:48 / 25-04-2024
Fatih Terimin komandası darmadağınla uduzub
14:35 / 25-04-2024
Rasim Balayev: "Onlara baş qoşası deyiləm"
18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
07:32 / 26-04-2024
Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
09:43 / 25-04-2024
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
20:46 / 26-04-2024
Azərbaycan və Almaniya prezidentləri görüşüb - (Yenilənib) - Fotolar
Virusun laboratoriyadan sızması yenidən gündəmdədir
Tarix: 08-05-2021 12:53 | Bölmə: Xəbərlər
Koronavirusun laboratoriyadan sızması ehtimalı yenə gündəmdədir. Reyting.az-ın məlumatına görə, Fransanın “Le Figaro” qəzetində bununla bağlı dərc edilən yazıda xatırladılır ki, pandemiyanın ilk dövrlərindən virusun Çinin Uhan şəhərindəki laboratoriyadan sızması məsələsi təkzib olunub: “Amma indiyədək virusun vəhşi təbiətdən yayıldığı və heyvan mənşəli olduğu barədə ortaya tutarlı sübut da qoyulmayıb”.
Yazıda bildirilir ki, koronavirusun mənşəyini araşdırmaq üçün Çinə göndərilmiş beynəlxalq ekspert qrupunun hesabatından sonra hətta Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus da virusun ehtiyatsızlıq üzündən Uhandakı laboratoriyadan sızması versiyasını birdəfəlik qırağa qoya bilməyəcəyini diqqətə çatdırıb. Baş direktor deyib ki, ekspert qrupu virusun laboratoriyadan sızdığını inandırıcı saymasa da, əlavə araşdırmalara ehtiyac var: “Mən mütəxəssislərin iştirakı ilə əlavə araşdırıcı missiya təşkil etməyə hazıram”.
Məqalədə deyilir ki, narahatlıq doğuran yeni dəlillər toplandıqca virusun təsadüfən laboratoriyadan sızdığı daha inandırıcı görünməyə başlayır: “Hərçənd bu dəlillər hələ qəti mühakimə yürütməyə əsas vermir. Aylardır pərdəarxası elmi mübahisələr davam edir. Bu, Dünya Səhiyyə Təşkilatına ünvanlanan açıq məktublarda da özünü büruzə verir. Beynəlxalq Alimlər Qrupu (fransızların təşəbbüsü ilə yaradılan bu qurumun qeyri-rəsmi adı “Paris qrupu”dur) ilin əvvəlindən təşkilata ünvanladığı məktubda hərtərəfli qərəzsiz araşdırmanın aparılmasına çağırıb və Çin hökumətindən şəffaflığa əməl olunmasını istəyib.
Bugünlərdə mediada yayılan bir açıq məktubda isə cavabsız qalmış suallara aydınlıq gətirilməsi üçün təkliflər irəli sürülüb. Məktubda virusun yayılmasının faktiki bütün mümkün ssenariləri təfərrüatı ilə təsvir olunub və bu ssenarilərin bir-bir araşdırılmasının vacibliyi vurğulanıb.
Açıq məktubun müəlliflərindən olan, internetdəki məlumatlardan istifadə etməklə pandemiya problemlərini araşdıran “Drastic” müstəqil tədqiqat qrupunun üzvü Jil Demanef qeyd edir ki, Çin dövləti Dünya Səhiyyə Təşkilatı qarşısında “süni Çin səddi” çəkib”.
“Le Figaro” yazır ki, hazırda “tüstü bacasını örtən pərdənin nəyi gizlətdiyini” bilmək mümkün deyil: “Bəlkə də gizlədiləsi bir şey yoxdur. Çox güman ki, Çin istəmir dünyada pandemiyanın baiskarı kimi tanınsın. Ancaq şəffaflığın olmaması şübhələri artırır. Şübhə doğuran məqamlardan biri də virusologiya sahəsində dünyanın ən mühüm tədqiqat mərkəzlərindən birinin məhz Uhan şəhərində yerləşməsidir. Uhan Virusologiya İnstitutu yarasalarda koronavirusu araşdırmaqla məşğuldur. Burada dünyaca məşhur alim – doktor Si Cen Linin rəhbərliyi altında tədqiqatçılar yarasalar üzərində təcrübələr aparırlar. Onlar 2013-cü ildə Yünnan vilayətində xarabalığa çevrilmiş bir mis mədənində yarasaların peyin nümunəsində genetik baxımdan Sars-CoV-2 virusuna ən yaxın RaTG13 virusunu aşkar ediblər.
Doktor Si Cen Li RaTG13 virusunun laboratoriyada heç vaxt əkilmədiyini və sınaqdan keçirilmədiyini söyləyir. O, virus nümunəsinin tamamilə məhv edildiyini iddia edir. Ancaq bu iddia açıq məktubun müəlliflərindən olan, Parisin Jak-Mono İnstitutunda çalışan Vircini Kurtyeyə qəribə təsir bağışlayır. Doktor Kurtye deyir: “Adətən həmişə bir qədər material qalmış olur, biz heç vaxt materialın hamısını istifadə etməyə ehtiyac duymuruq”.
Daha bir qəribə məqama diqqət yetirək. Si Cen Li 2020-ci ilin noyabrında “Nature” jurnalına açıqlamasında virus nümunəsinin həqiqətən Yünnan əyalətində yiyəsiz qalmış şaxtadan tapıldığını təsdiqləyib. 2012-ci ildə həmin şaxtada 6 fəhlə atipik pnevmoniyaya yoluxub və onlardan 3-ü ölüb. Bu, çoxlu sual doğurur. Çünki Çin hökuməti o vaxt həmin hadisə barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırmayıb. Şaxtaçıların xəstəliyinə yarasa virusunun səbəb olub-olmadığı naməlum qalır.
Üstəlik, “Drastic” müstəqil tədqiqat qrupunun üzvü Jil Demanef Uhan Virusologiya İnstitutunun doktorantının şaxtadan nümunə götürdüyü zaman virusa yoluxması ehtimalını da istisna etmədiklərini bildirir: “Biz demirik ki, həqiqətən belə hal baş verib: biz sadəcə bunun baş vermədiyinə dair sübut istəyirik”.
Əslində mütəxəssislər həmin şaxtaya qayıdıb oradan daha çox nümunə götürməliydilər. Ancaq səlahiyyətli nümayəndələr yəqin ki, şaxtaya təkrar girişə imkan verməyiblər. Sonradan o şaxtaya BBC kanalının jurnalistləri giriş əldə etməyə çalışıblar. Amma sınıq maşınlar yolu bağladığı üçün buna nail ola bilməyiblər”.
“Le Figaro” məsələ ilə bağlı daha bir sualın ortaya çıxdığını vurğulayır: “Görəsən Uhan Virusologiya İnstitutunun tədqiqatçıları xarabalığa çevrilmiş mis mədənində aşkarladıqları virusun mutasiya qabiliyyətinə malik olub-olmadığını öyrənmək istəyiblərmi? Əslində, laboratoriyalarda virusları sürətlə mutasiyaya uğratmaq üçün müxtəlif üsullar mövcuddur. Uhan Virusologiya İnstitutunda bu istiqamətdə tədqiqatlar aparıldığı hamıya məlumdur. ABŞ-da belə tədqiqatlar təhlükəli hesab olunur, ona görə də virusların mutasiyaya uğradılması metodlarının tətbiqi 2014-cü ildə dayandırılıb, 2017-ci ildə isə tam qadağan edilib”.
Sars-CoV-2 virusunun geni ilə bağlı məlumat dərc olunandan sonra “Paris qrupu”nun nüfuzlu üzvlərindən biri, virusoloq Etyen Dekroli bu virusun tikanında insanı yoluxdurma qabiliyyətinin olduğunu qeyd edib. Virusda belə xüsusiyyətin olması elmi dairələrdə suallar doğurur. Çünki bu, laborator eksperimentlərin nəticəsinə oxşayır.
Amma Etyen Dekrolinin sözlərinə görə, bu xüsusiyyət təbii yolla, bir virus daxilində bir neçə qohum virusun birləşməsi ilə də formalaşa bilər: “Çinin səlahiyyətli orqanlarının verdiyi məlumata görə, 2019-cu ilin sonu və 2020-ci ilin əvvəllərində ölkədə vəhşi heyvanlardan, mal-qara və quşlardan götürülmüş 80 min nümunənin heç birində Sars-CoV-2 virusuna yaxın xüsusiyyət aşkarlanmayıb. Ancaq bu, virusun mənşəyinin təbii olmaması anlamına gəlməməlidir. Virusun heyvanlar vasitəsilə yayılması fərziyyəsini istisna etmək olmaz. Düzdür, bu, Çini daha az utandıra biləsi bir versiyadır. O biri yandan da bizim əlimizdə ilkin virus nümunəsi yoxdur, buna görə də biz heç bir versiyanı nə tam rədd edə, nə də tam təsdiqləyə bilirik”.
“Le Figaro” yazır ki, Çin hökuməti Uhan Virusologiya İnstitutunun bazasını internetdən sildiyi üçün tədqiqatçıların hansı sınaqlar üzərində işlədiklərini söyləmək çətindir: “Qəribədir ki, həmin saytlar pandemiya vəziyyətində gen bankları məlumatlarının qorunub saxlanması üçün hissə-hissə yaradılmışdı!
Si Cen Linın sözlərinə görə, məlumatlar pandemiya başlanandan sonra, kiberhücumlar səbəbindən sistemdən çıxarılıb. “Drastic” qrupunun üzvləri isə deyirlər ki, yarasa koronavirusu haqda məlumatlara giriş 2019-cu ilin sentyabrında, yəni epidemiya rəsmən bəyan ediləndən 3 ay əvvəl qapanıb”.(Novator.az)
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:09
Ukrayna Azərbaycana yeni səfir göndərib
Bu gün, 15:49
Mərkəz rəhbəri Anar Məmmədli saxlanılıb
Bu gün, 12:30
Mayın 5-də növbəti imtahan keçiriləcək
Bu gün, 10:52
Bakıda 70 yaşlı kişi adam öldürüb
Bu gün, 09:06
Abşeronda ər 48 yaşlı arvadını öldürüb
Bu gün, 00:01
Ukraynaya daha 95 milyon dollarlıq hərbi yardım ayrılıb
Dünən, 11:09
Ukraynaya məxsus 17 PUA vurulub
27-04-2024, 18:49
Abşeronda qətl törədilib
27-04-2024, 18:15
DİN: "Toplum TV”-nin əməkdaşı saxlanılmayıb"
27-04-2024, 17:09
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
27-04-2024, 15:53
Ali Məhkəmənin hakimi özünü öldürüb
27-04-2024, 12:45
Laçının Sus kəndinə ilk köç olacaq - Fotolar
27-04-2024, 10:14
Xankəndidə silah və sursatlar aşkarlanıb
26-04-2024, 18:08
Erməni deputatlar saxlanılıb
26-04-2024, 11:05
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib
26-04-2024, 09:51
"Yeni Klinika"nın mühafizə rəisi saxlanııb
26-04-2024, 09:27
Keçmiş icra başçısı mülk davasına başlayıb
26-04-2024, 08:47
Bayden Trampın məhkəməsini izləməyə vaxt tapmır
26-04-2024, 08:26
Ruslar ABŞ-a məxsus "Patriot" sistemini oğurlayır
26-04-2024, 07:32
Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar
25-04-2024, 18:02
Naxçıvanda fond sədri vəzifədən çıxarılıb
25-04-2024, 17:25
Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə edilib - Fotolar
25-04-2024, 14:29
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
25-04-2024, 12:39
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb
25-04-2024, 12:25
Bakıda üç məktəbin direktoru cəzalandırılıb
25-04-2024, 11:03
İordan çayının qərb sahilində gərginlik böyüyür
25-04-2024, 09:52
Xankəndidə yenə silah-sursat tapılıb
25-04-2024, 07:39
Tramp: “Bayden yəhudilərə nifrət edir”
25-04-2024, 07:34
Fransızların ardınca amerikalılar...
24-04-2024, 19:16
“Su-35”-lər "Patriot"-u aldada bilir
24-04-2024, 17:04
Keçmiş nazirin meyiti tapılıb
24-04-2024, 16:26
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
24-04-2024, 15:26
Borrell: "İranla diplomatik münasibətləri kəsmək olmaz"
24-04-2024, 14:30
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
24-04-2024, 13:00
Prezident generalı təltif edib - Sərəncam
24-04-2024, 10:23
Xankəndidə yenə silah-sursat tapılıb
24-04-2024, 08:46
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
24-04-2024, 08:37
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
24-04-2024, 08:23
Pekin taykonavtların adını açıqlayıb
24-04-2024, 08:20
Argentina iranlı nazirin həbsini tələb edir
24-04-2024, 08:11
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
24-04-2024, 00:08
Britaniya döyüş təyyarələrini Polşaya göndərəcək
23-04-2024, 23:09
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23-04-2024, 18:05
Makron Zelenskiyə yalan vədlər verib
23-04-2024, 16:14
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
23-04-2024, 14:37
Astara sakini 51 kq narkotiklə tutulub
23-04-2024, 12:11
Əliyev Zelenskini COP29-a dəvət edib
23-04-2024, 11:10
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
23-04-2024, 10:04
Xankəndidə silah-sursat aşkarlanıb