Ceyhun Bayramov Türkiyəyə səfərə gedib
Tarix: 17-06-2021 14:17 | Bölmə: Xəbərlər
Ceyhun Bayramov Türkiyəyə səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Xarici İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}