İcra hakimiyyəti paytaxt sakinlərinə müraciət edib
Tarix: 20-05-2022 09:35 | Bölmə: Xəbərlər
İcra hakimiyyəti paytaxt sakinlərinə müraciət edib

Yaz mövsümü ilə əlaqədar may ayının 21-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda ümumşəhər daxili iməcliyinin keçirilməsinə qərar verib.

BŞİH-dən Reyting.az-a bildiriblər ki, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

BŞİH müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırıb.

Həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}