İtkin düşmüş kişini arvadı öldürtdürüb - Həbslər var
Tarix: 11-09-2018 11:33 | Bölmə: Xəbərlər
İtkin düşmüş kişini arvadı öldürtdürüb

Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.

Bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.

Ə.Sadıqova və Ş.Əsədov saxlanılıblar.

Meyit eksqumasiya edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}