Ronaldo 500 milyondan imtina edir
Tarix: 03-05-2023 10:30 | Bölmə: Xəbərlər / İdman
Ronaldo 500 milyondan imtina edir

"Mançester Yunayted"də sensasiyaya imza ataraq Səudiyyə Ərəbistanının "Əl-Nasir" komandasına keçən Kriştiano Ronaldo indi də geri dönmək istəyir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, 2.5 illik müqavilə ilə 500 milyon avro qazanca qol çəkən portuqaliyalı ulduz Ər-Riyadda gözlədiyi kimi rahatlıq tapa bilmir.

"Mundo Deportivo"nun xəbərinə görə, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının qapalı mədəniyyətə malik olması və bu dildə danışa bilmədiyi üçün çox darıxır.

İngiltərənin "The Express" nəşrinin xəbərinə görə, 500 milyon avro qazanmaq üçün "Əl Nassr"la 2,5 illik müqavilə imzalayan Kriştiano Ronaldo mövsümün sonunda komandadan ayrılmaq istəyir: "Portuqaliyalı ulduz yenidən "Real Madrid"də oynamaq arzusundadır. O, hətta bunun üçün Madrid klubuna maaş məsələsində fədakarlıq etməyə belə hazırdır".

Xatırladaq ki, Ronaldo bu mövsüm "Əl Nassr"ın heyətində 12 oyuna çıxıb. O, bu matçlarda 12 qol vurub, 2 məhsuldar ötürmə verib.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}