19:18 / 18-07-2025
Ali Məhkəmə “Meydan” TV ilə bağlı qərarı qüvvədə saxlayıb
19:10 / 18-07-2025
Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub
18:00 / 18-07-2025
Oleq Bakinski: "Mənə bəraət verin"
17:55 / 18-07-2025
Ramiz Məmmədov "Şamaxı"dan ayrılıb
17:51 / 18-07-2025
Alimlər yeni planet kəşf ediblər
17:42 / 18-07-2025
Bakı və rayonlarda ağaclar qanunsuz kəsilib
17:21 / 18-07-2025
İyulun 23-dək isti hava davam edəcək
17:17 / 18-07-2025
"Qarabağ" hücumçu ilə vidalaşıb
17:08 / 18-07-2025
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
16:48 / 18-07-2025
Prezident Xocalıda sakinlərlə görüşüb - Maraqlı dialoq
16:40 / 18-07-2025
Professor: Rusiya və İran Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasını istəmirlər
16:20 / 18-07-2025
XİN: "Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir"
16:14 / 18-07-2025
Maştağada xüsusi əməliyyat: istixanada 881 kq narkotik vasitə aşkarlanıb
16:10 / 18-07-2025
Azad İsazadə: Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər
16:10 / 18-07-2025
Həbsdəki oğluna narkotik gətirən ata tutulub
16:06 / 18-07-2025
“Xəzər TV”-yə xəbərdarlıq edilib
15:57 / 18-07-2025
Premyer Liqa: 2025/2026 mövsümünün püşkatması olub
15:38 / 18-07-2025
Ermənistanın rəhbər şəxsləri terrorçuların hədəfindədir
15:34 / 18-07-2025
Səbailin bir hissəsində işıq olmayacaq
15:23 / 18-07-2025
“AzSığorta” ASC-yə icrası məcburi sərəncam verilib
14:49 / 18-07-2025
Vaxtilə Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib
14:35 / 18-07-2025
Prezident Xocalı kərpic zavodunun açılışını edib - Fotolar
13:41 / 18-07-2025
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa olunur
13:33 / 18-07-2025
Əcnəbilərin çimərliyə getməsinə qadağa qoyulub
13:21 / 18-07-2025
İlham Əliyev tarixi məscid binasının bərpadan sonra açılışında iştirak edib - Fotolar
13:18 / 18-07-2025
Dron hücumları dünya bazarında nefti bahalaşdırır
13:07 / 18-07-2025
ABŞ öz vətəndaşlarını Suriyanı tərk etməyə çağırır
12:58 / 18-07-2025
81 cinayətkar xüsusi reyslə Əfqanıstana uçur
12:51 / 18-07-2025
Sabahın hava proqnozu açıqlanıb
14:26 / 14-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

07:40 / 16-07-2025

09:15 / 14-07-2025

10:54 / 16-07-2025

17:53 / 14-07-2025

14:56 / 16-07-2025

11:19 / 17-07-2025

12:18 / 16-07-2025

11:57 / 16-07-2025

10:50 / 14-07-2025

Kişilərin sipəri - (Hekayələr)
Tarix: 20-10-2018 15:22 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Son vaxtlarda ər-arvad süpürləşmədikləri gün olmurdu. Övrəti az qalırdı onunla qurşaq tuta. Qonşuları da dəng eləmişdilər. O, birini deyəndə, arvadı nəinki iki, hətta, beşini döşəyərdi. Dil boğaza qoymurdu. Kişi cana yığılmışdı. Əvvəllər həyat yoldaşı heç vaxt özünü belə aparmazdı, sakit qadındı. Onun indiki halına lap məəttəl qalmışdı. Yazıq, təzəcə birinci sinfə gedən oğullarının halına. Qalmışdı təkcənə ortalıqda. Körpə canıynan onları sakitləşdirməkdən təngə gəlmişdi. Bilmirdi, haranın külünü başına tökə. Tifil qafa sındırmaqdan qısa müddətdə əməlli-başlı “ağsaqqallaşmışdı”. Qonşular uşağın halına acısalar da, dil gəl, əllərindən heç nə gəlmirdi. Onların məsləhətinə məhəl qoyan yoxdu. Çax-çax baş ağrıtsa da, dəyirman öz işindəydi.
Yenə dünya müharibəsiydi. Naəlac uşağın çabaları da bir nəticə vermirdi. Balaca birtəhər atasını yanlayıb kənara çəkdi. Dövlət sirri açırmış kimi yavaşcana onun qulağına pıçıldadı:
- Sən daha heç vaxt məvacibini ona vermə. Yadındadı, qabaqlar pulu özün xərcləyəndə, o fagırın heç cınqırı belə çıxmazdı…
Anındaca atanı soyuq tər basdı. Oğlunu var qüvvəsi ilə bağrına sıxdı.
O gündən onların ailəsində əmin-amanlıqdı. Sanki, qurbağa gölünə daş atmışdın. Qonşuların da qulağı dincdi.
***
Halallıq
Məntiq dərsiydi. Müəllim güclüydü deyənə hamıda bu fənnə dərin maraq oyatmışdı. Sinfin yarıdan çoxu əlaçıydı. Şagirdlər sualı sual dalınca yağdırardılar. Dərsə cavab vermək üstə də daim “qırğındı”. Şagirdlərin aramsız göydə pərvaz edən əlləri möhkəmcənə əsən küləyin yırğaladığı ağac budaqlarına bənzəyirdi. Müəllimləri bundan olmazın həzz alardı. Kimsənin xətrinə dəyməzdi. Bütün cəhdlərinə baxmayaraq tənbəlliyindən əl çəkməyən bircənə şagirdi vardı. Sinifdə qalmasın deyə, ondan da tramvay altında qalan “3”ü əsirgəməzdi.
Növbəti dərs də maraqlı keçirdi. Söhbət irqlərdən gedirdi. Həmişəki kimi sual yağışı ara vermirdi. Heç kəsin gözləmədiyi halda bu dəfə susqun şagird də əlini qaldırdı. Hamının, ən əsası da, müəllimin gözlərindən qığılcım saçıldı. Sinfi maraq götürdü. Başda müəllimləri olmaqla hamı dəlidən doğru xəbərin hayındaydı. Tezcənə sözü ona verdilər.
- Müəllim, təbiət minbir rəngdədir. Bəs, nədən, Allah baba bizi cəmi üçcə rəngə, lap olsun, beş rəngə boyayıb; ağ, qara, sarı, qırmızı və qəhvəyi... Uzaqbaşı, eyni dərililərin rəngində azacıq çalar fərqi var?
Dil-dil ötən müəllim bu gözlənilməz sualdan bir anlığa karıxdı. Tam səssizlikdi. Milçək uçsaydı, vızıltısı eşidilərdi. Müəllimin dadına bu dəfə Tanrı yetdi. Tənəffüsün vədəsiydi, zəng çalındı. Sinfi tərk edən məntiq müəllimi şagirdinin qarşısında borclu qalmadı:
- İndiyəcən sənə yazdığım bütün “3”lər halalın olsun.
***
Ağsaqqal işığında
Ucaboylu, şümal qamətli, ağayana görkəmli ağsaqqal 90-nı haqlasa da, yerişi hələ də şax-şuxdu. İşıqforda sarı işıq yerini qırmızı işığa versə də, o, heç nə olmayıbmış təkin piyada zolağına adladı. Bir addımlıqdakı avtomobili yerindən tərpədən sürücü son anda əyləci basıb, güc-bəla qəzadan qurtula bildi. Əsəbindən yay kimi dartılan sürücü avtomobilinin pəncərəsindən başını çıxarıb piyadaya çımxırdı:
- Ay, Allah saxlamış, bir işıqfora bax da, 21-ci əsrdi ey, nə vaxt siz qayda-qanun tanıyacaqsınız? Az qala özünü də, məni də bədbəxt eləmişdin?
Yaşlı kişi cıqqa da olsun tövrünü pozmadan ona sarı çəpəki nəzər yetirdi:
- İstəyir, lap 24-cü əsr olsun... Qulaqlarını geniş aç, yadında möhkəm-möhkəm saxla; Azərbaycanda bütün işıqforlarda həmişə bircə işıq yanır, o da ağsaqqal işığı.
Karıxan sürücü eşitdiyindən yerindəcə heykələ döndü. Bədahətən ətrafa boylandı. Yaşıl işığa baxmayaraq bütün sürücülər bir nəfər təkin yerindəcə sayırdı, yenidən qırmızı işıq yanmaq üzrə olsa da.
Ağsaqqal havalı yerişi ilə yolu keçməkdəydi. Sürücü tələm-tələsik maşınından düşüb ona sarı götürüldü. İkiqat əyilərək təzim edib, üzrxahlığını çatdırdı:
- Ağsaqqal, bağışla, mən qış yuxusunda yatıbmışam. Sən demə, hələ də yol hərəkəti qaydalarını axıra qədər əxz edə bilməmişəmmiş. Söz, bir daha təkrarlanmaz.
Müəllimsayağı onu başdan ayağa süzən ağsaqqal pencəyinin yaxalığına yüngülcə əl gəzdirib, amiranə yerişinə bir az da duz-istiot qatdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır