14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

16:15 / 18-10-2025

11:59 / 15-10-2025

Su, su, su!!!
Tarix: 14-10-2017 14:36 | Bölmə: Mətanət ƏLİYEVA

Hər dəfə rayona gedəndə gətirdiyim ən qiymətli şey təzə informasiyalar olur. Jurnalist üçün ən qiymətli şey informasiyadır. Xəbərçilik (jurnalistika) ən qədim peşələrdən biridir. İnformasiya əldə etmək üçün insanlarla ünsiyyətə girməyi bacarmaq mühüm şərtdir.
Oktyabrın 6-da Hacıqabula getdiyim gün İmam Hüseynin 7 mərasiminə təsadüf edirdi. Xilə məscidində imam üçün ehsan verirdilər. Sovet vaxtı da fəaliyyətdə olan bu məscidə gələnlərin sayı ildən-ilə azalır. Buna səbəb məscidə yığılan nəzirlərlə bağlı şəffaflığın olmamasıdır. Ədalət naminə məscidin mollası Arif deməlidir ki, bu il məhərrəmlik mərasimi zamanı bu qədər pul yığılıb, bunun bu qədəri məscidin ehtiyaclarına sərf olunub, bu qədəri məsciddə zəhmət çəkənlərə, bu qədəri imkansız ailələrə verilib və sair. Bu olmadığı üçün adamlar məscidə gəlmir, evlərində məclis qurub imama yas saxlayırlar. 7 mərasimində bir nəfər Qasım otağının üzərinə 2 manat pul qoydu.
Qeyd edim ki, məhərrəmlik mərasimində Qasım otağı bəzənir, nəzirlər onun üzərinə qoyulur. Qasım İmam Həsənin oğludur. Kərbəla müsibətindən əvvəl o, İmam Hüseynin qızı Səkinə ilə evlənir. Qasım toy günü qətlə yetirilir, toyu yasa çevrilir. Aşura günü ağlaşma Qasımın otağının ətrafında olur. Xilənin sinədəftər qadınları bu faciəni şeirlə tərənnüm edirlər:
Görünən dağ başıdır,
Yanan ürək başıdır.
Qasıma toy tutulub,
Şabaşı göz yaşıdır.
Molla Mirvari dedi ki, 2 manatı məscidin qonşuluğunda yaşayan, həyat yoldaşı vəfat etmiş, azyaşlı uşaqları olan qadına verin, o, məsciddə bütün işləri təmənnasız görür. Molla Mirvarinin bu sözü Molla Arifin baldızına xoş gəlmədi və o, qəzəbli etiraz çıxışı etdi. Məscid dolu qadın olsa da, yalnız mən dedim ki, məsciddə əziyyət çəkən bütün insanlara halallıq verilməlidir.
Mərsiyələrə qulaq asa-asa məsciddəki qadınlara diqqətlə baxırdım. Əksəriyyətinin üzündən kasıblıq, bədbinlik, ümidsizlik yağırdı.
Qadınların hərəsi bir polietilen torba götürüb səhər tezdən məscidə gəlir. Paylanan nəzirlərdən payını alır, torbasına qoyub gizlədir, ehsan süfrəsi yığılandan sonra hərə əlində bir torba evə gedir.
Bu qadınlar niyə belə kasıbdırlar? Onlar işləyib firavan yaşaya bilməzlərmi? Onlar varlı yaşaya bilərlər, əgər su olsa.
Xilə qadınları həmişə zəhmətkeş olublar, onlar heç vaxt fikirləşməyiblər ki, ərim qazanıb məni saxlamalıdır. Sovet İttifaqı dağılandan sonra bu qadınlar nə təsərrüfatla məşğul ola bilir, nə də toxuduqları xalçaları sata bilirlər.
Arpa, yonca bahadır deyə heyvandarlıqla məşğul olmaq gəlir gətirmir. Bəziləri ziyanla işləsələr belə təsərrüfat saxlayırlar, çünki işsiz qala bilmirlər. Yemin ucuzlaşması üçün torpaqlar əkilməlidir. Su olmadığından torpaqlar istifadəsiz qalıb, halbuki Kür çayı elə də uzaqda deyil, 6-7 kilometrlik məsafədədir. Bu rayonun su problemi digər torpaq sahibləri kimi mənim də yaralı yerimdir. 20 ildir Hacıqabulda 50 hektar yer götürüb təsərrüfat qurmuşuq. Təsərrüfata yarım milyona yaxın sərmayə qoymuşuq. Dəfələrlə mal-qara alıb artırmışıq, xeyir vermədiyi üçün satmışıq.
Üç hektara yaxın meyvə bağımız var. Bütün ailə üzvlərimizin orada zəhməti var. Rəhmətlik atam 500-dən çox nar ağacı əkib. Onlar indi də bar verir. Atamın zəhmətini itirməmək üçün özüm ağaclara qulluq etmişəm, dibini şumlamışam, peyin vermişəm, daramışam. Birdəfəlik köçüb Hacıqabulda yaşamaq, təsərrüfatımızı qaldırmaq istəyirəm. Bakıda qala bilmirəm, elə bilirəm qəbirdəyəm. Tünlüyü, səs-küyü sevmirəm, sakitliyi, genişliyi sevirəm, təsərrüfatda işləyəndə özümü xoşbəxt hiss edirəm. Həyat yoldaşımla bu mövzuda hər gün davamız olur. O deyir ki, su olmamış ora getməyin mənası yoxdur. Su çəkiləcəyi ilə bağlı isə heç bir Dövlət Proqramı yoxdur.
Həyat yoldaşım deyir ki, kredit götürüb su çəkəcək. Mən də qışqırıb-bağırıram ki, sən qalan ömrünü həbsxanada keçirmək istəyirsən?
Su çəkmək tək adamın işi deyil. Bunu yalnız dövlət edə bilər, çünki bunun elmi tərəfləri də var ki, onu mütəxəssislər bacarırlar.
Rayon camaatı problemin həlli üçün heç yerə müraciət etmir. Hesab edirlər ki mənasızdır. Elə bilirlər ki, yalnız mən nəsə edə bilərəm, jurnalist olduğum üçün mənim səsimi eşidərlər. Kimin problemi olursa, məni axtarır.
Bu dəfə də qardaşım dedi ki, valideynlər səni axtarırlar. Rayon məktəblərinin birində tualet yoxdur, uçub dağılıb, istəyirlər problemin həllinə kömək edəsən.
Mənə dedilər ki, bu, direktorun günahı deyil, hökumət pul vermir. Direktor valideynlərdən pul yığmalıdır, müəllimlərin maaşından kəsməlidir ki, tualet tikdirsin. Direktor da abırlı adam olduğu üçün belə işləri bacarmır. Tualetsiz məktəbdə oğlanlar birtəhər vəziyyətdən çıxırlar, qızlar böyrəklərini, sidik kisələrini itirə bilərlər. Heç olmasa, tualetə ayrılan pulları Bakıdakı məmurlar oğurlamasınlar.
Yenə qayıdıram su məsələsinə. Məhərrəmlikdir, müsəlmanlar “susuz ölən Hüseyn vay”,- deyib susuz ölən 72 nəfər Kərbəla şəhidləri üçün ağlayırlar.
Xəlifə Yezidin adamları Fərat çayının suyundan uşaqların içməsinə də imkan verməyib. Yezidin törəmələri olan Ərəb şeyxləri indi də müsəlmanları suya həsrət qoyublar. Afrikada milyonlarla müsəlman acından ölür, su olmadığı üçün torpaqları becərə bilmirlər. Halbuki o ölkələri su ilə təmin etmək üçün beş milyard pul lazımdır. Ərəb şeyxlərinin əksəriyyətinin, xüsusilə Məkkənin yerləşdiyi Səudiyyə Ərəbistanında, var-dövləti yüz milyardlarla ölçüldüyü halda onlar bu işə yardım etmirlər.
Şeyxlər pullarını o dünyaya apara bilməyəcəklər, Xəlifə Yezid kimi min illər lənətlənəcəklər. İmam Hüseyn üçün isə min illərdir, müsəlmanlar hər il yas saxlayır, göz yaşı axıdırlar. Nəsillər dəyişir, Hüseynə olan sevgi daha da artır.
Həyat yoldaşımın 5 qardaşı var. Atası da daxil olmaqla ailələrində 5 nəfərə Hüseyn adı verilib. İki nəvəyə də Hüseyn adı verilib. Amma bu 1300 il ərzində bir nəfərə də Maviyyə və Yezid adı qoyulmayıb.
Mən prezident İlham Əliyevə, seyid nəslindən olan Mehriban Əliyevaya müraciət edirəm. Susuz ölən Kərbəla şəhidlərinin ruhu xatirinə bizim rayona su verin. Bu, emosional yazıdır. Çünki son 20 ildə su problem ilə əlaqədar çox streslər yaşamışıq.
Bir həftədir rayondan gəlmişəm, amma hər gün qulaqlarımda bibim qızı molla Mirvarini dediyi ağılar səslənir:
Bağlarda gülüm qaldı,
Dərmədim gülüm qaldı.
Kərbəlanın çölündə
Bir bölük elim qaldı.
Allah Kərbəla şəhidlərinə rəhmət eləsin!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər