Milyarder Aya sevgilisi ilə uçmaq istəyir
Tarix: 09-10-2018 17:12 | Bölmə: Dünya / Xəbər lenti
Milyarder Aya sevgilisi ilə uçmaq istəyir

Aya ilk turist kimi uçmağı planlaşdıran Yaponiyadan olan milyarder Yusaku Maedzava bəyan edib ki, əgər onun üçün hansısa missiya taparsa, özü ilə sevgilisini – aktrisa və model Ayame Qoriki də götürə bilər.

Reyting.az xəbər verir ki, milyarder bunu Tokioda keçirilən mətbuat konfransında söyləyib.

Maedzavanın sözlərinə görə, Qoriki layihə barədə məlumatlıdır və bu səyahətdə iştirak etməkdə çox maraqlıdır.

- Lakin siz bilirsiniz, bu layihə - çox böyük missiyadır. Hər bir incəsənət xadiminin öz rolu olacaq. Mənim də həmçinin layihənin kurator-sahibi kimi öz rolum olacaq – iş adamı vurğulayıb.

42 yaşlı biznesmen onu da əavə edib ki, modellə münasibəti normal inkişaf edir.

- Bu, sadəcə şən səyahət deyil. Ona görə də onun üçün hansısa rol, yaxud missiya tapılarsa və səyahətin digər iştirakçıları qəbul edərsə, onun da şansı var. Biz istəyirik ki, hər şey ciddi olsun – o, qeyd edib.

Yusaku Maedzava Yaponiyada varlı adam kimi məşhurdur, onun varidatı 3 milyard dollar qiymətləndirilir. O, pleybpy kimi gənc aktrisalara da üstünlük verir.

Layihətinin startına 5 il qalıb, lakin məlumdur ki, Maedzavanın son sevgi romanları iki ildən çox davam etmir.

İş adamı indiyədək nikahda da olmayıb, lakin müxtəlif qadınlardan 3 uşağı var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 18:54 Məsud Bərzani qayıtdı