Ərdoğan Davudoğlunun istefa qərarından danışdı
Tarix: 06-05-2016 17:18 | Bölmə: Dünya / Xəbərlər


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir Davudoğlunun postunu tərk etməsi ilə bağlı qərarına münasibət bildirib.

Ərdoğan baş nazirə indiyə qədər onunla birgə çalışdığı üçün təşəkkürünü bildirərək, məlum sıxıntılar yaşadıqlarını və birliyi daha da gücləndirməli olduqlarını deyib:

"AK partiyası konqres qərarı aldı. Cənab baş nazir də namizəd olmayacağını açıqladı. Bu qərarların xeyirli olmasını Allahdan diləyirəm. Mən də uzun illər birgə çalışdığım cənab Davudoğluna təşəkkür edirəm.

Bu cür məqamlar bayraq yarışı kimidir. Mən də Güldən almışdım. 40 illik dava yoldaşlarımın da içərisində olduğu bu partiya ilə əlaqəli prosesləri yaxından təqib etməyim kimlərisə narahat edib. Hər dəyişiklik yeni bir həyəcan gətirir”.

 

 





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}