Maradona narkotik qəbul etdiyini boynuna aldı
Tarix: 06-10-2018 18:17 | Bölmə: İdman
Maradona narkotik qəbul etdiyini boynuna aldı

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona narkotikdən asılılığı barədə şayiələri şərh edib.

Reyting.az bildirir ki, Maradonanın fikrincə, Argentinada dövlət qulluqçularının və şirkət direktorlarının uşaqlarının çoxu narkotik maddə qəbul edir.

“Argentinada inanılmaz sayda riyakar insan var. Bəziləri məni tənqid edib, sonra mənim kimi narkotik qəbul edirlər. Onlar özlərini mömin kimi göstərib, sonra isə yüksək keyfiyyətli narkotik maddə qəbul edirlər. Bunu bilirəm, ona görə ki, onların çoxu ilə dəfələrlə narkotik qəbul etmişəm”, - argentinalı futbolçu söyləyib.

“Bəziləri öz uşaqlarının narkoman olduğunu mənim onlara dəhşətli nümunə olduğumu bəhanə edərək bəraət qazandırıb. Mən deputatların və böyük şirkətlərin direktorlarının uşaqlarından danışıram. Bir şeyə qəti əminəm: zaman hər şeyi yerinə qoyacaq”, - Argentina millisinin keçmiş kapitanı vurğulayıb.

Bundan əvvəl məlumat verilirdi ki, Meksikanın “Dorados de Sinaloa” klubuna rəhbərlik edən Maradona “Universidad Qvadalahar” ilə ev oyunundakı qələbəni soyunub-geyinmə otağında rəqslə qeyd edib..

Reyting.az




Bölməyə aid digər xəbərlər