“Yuventus” Xames Rodriqesə 70 milyon avro ödəməyə hazırdır
Tarix: 19-10-2018 18:49 | Bölmə: İdman
“Yuventus” Xames Rodriqesə 70 milyon avro ödəməyə hazırdır

İtaliya çempionu, Turinin “Yuventus” klubu növbəti yayda Xames Rodriqes üçün 70 milyon avro ödəməyə hazırdır.

Reyting.az bildirir ki, kolumbiyalı yarımmüdafiəçi hazırda Almaniyada, Münhenin “Bavariya” icarə əsasında çıxış edir. Onun transfer hüququ Madridin “Real” klubuna məxsusdur.

Almaniya klubu Xames Rodriqeslə müqaviləni uzatmaq niyyətində deyil.

Futbolçunun agenti Jorje Mendeşin “Yuventus”un idman direktoru Fabio Paratiçi ilə yaxşı münasibəti var.

27 yaşlı futbolçu “Bavariya”ya 2017-ci ilin yayında 13 milyon avroya keçib.

Xameslə Londonun “Arsenal” klubu da maraqlanır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}