Tanınmış futbolçu 50 gün həbsxanada oturacaq - Səbəb
Tarix: 22-11-2018 13:23 | Bölmə: İdman
Tanınmış futbolçu 50 gün həbsxanada oturacaq

“Rusenborq”un hücumçusu Niklas Bendtnerin 50 gün müddətində həbsxanaya göndərilməsi barədə qərardan apellyasiya şikayəti rədd edilib.

Reyting.az-ın xarici mediaya istinadən bildirir ki, bu hökmdən şikayətverilə bilməz, futbolçu yaxın zamanını həbsxana keçirəcək.

Birinci məhkəmə instansiyası Bendtenrin Kopenhagendə taksi sürücüsünü döyməsi ilə bağlı hökm çıxarıb. Danimarkalı sentyabr ayında gediş haqqını ödəməkdən imtina etdiyi üçün taksi sürücüsü ilə münaqişə edib. O bundan sonra sürücünü vuraraq çənəsini sındırıb.

Taksi sürücüsünün sözlərinə görə, münaqişə Bendtner yanındakı qız Filin Rupstorffla birgə səfər zamanı kifayət qədər təhqiramiz davranıb.

Bendtner iddia edib ki, özünümüdafiə çərçivəsində davranıb, məhkəmədə danimarkalının versiyasını inandırıcı hesab etməyib.

Bendtner 2016-cı ildə Almaniyanın “Volfsburq” klubundan nizam-intizam qaydaları ilə əlaqədar uzaqlaşdırılıb.

Niklas hazırda Norveçin “Rusenborq” klubunda çıxış edir. O, hazırkı çempionatda 18 oyunda 5 qol vurub.

Niuklas Bendtner Belçika milli komandasında 81 oyun keçirib və 30 qol vurub.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}