"Tottenhem" məğlub olub yarımfinala yüksəldi - Hesab
Tarix: 18-04-2019 00:55 | Bölmə: İdman
"Tottenhem" məğlub olub yarımfinala yüksəldi

Çempionlar liqasında daha iki yarımfinalçı müəyyənləşib.

Reyting.az xəbər verir ki, “Liverpul” səfərdə “Portu”nu 4:1 hesabı ilə məğlub edib.

İngiltərə klubu ilk oyunda 2:0 hesabı ilə qalib gəlmişdi.

İngiltərənin daha iki təmsilçisinin qarşılaşdığı digər oyunda London klubu yarımfinala vəsiqə qazanıb.

“Tottenhem” səfərdə “Mançester Siti”yə 4:3 hesabı ilə məğlub olsa da, öz meydanındakı 1:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.

Beləliklə, bütün yarımfinalçılar məlum olub. Bundan əvvəl “Barselona” və “Ayaks” bu şansı qazanıblar.

Yarımfinalda “Tottenhem” “Ayaks”la, “Barselona” “Liverpul” ilə qarşılaşacaq

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}