“Sumqayıt” “Neftçi” ilə oyuna hazırlaşır
Tarix: 04-04-2018 18:31 | Bölmə: İdman
“Sumqayıt” “Neftçi” ilə oyuna hazırlaşır

Ötən turda "Qəbələ" ilə qarşılaşan “Sumqayıt” bir günlük istirahətin ardından məşqləri bərpa edib.

Klubun məlumatına görə, komanda saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Məşqin ilk hissəsində yüngül qaçış və toplu çalışmalara üstünlük verilib. Hazırlığa fitness zalında yekun vurulub.

Nəzərinizə çatdıraq ki, komandanın növbəti məşqi sabah saat 15:30-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” qarşılaşması 8 aprel, saat 18:30-da “Bakcell Arena”da keçiriləcək. Matç "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}