İvanişvili yeni prezidentə müstəqil olmağa icazə verdi - Foto
Tarix: 05-12-2018 16:56 | Bölmə: Siyasət
İvanişvili yeni prezidentə müstəqil olmağa icazə verdi

“Seçkidən sonra İvanişvili ilə görüşdüm. O mənə dedi ki, hakim partiyaya borclu deyilsən, müstəqil ola bilərsən”.

Reyting.az bildirir ki, bunu Gürcüstanın yeni seçilən prezidenti Salome Zurabişvili “The Daily Beast” nəşrinə müsahibəsində söyləyib.

Zurabişvili etiraf edib ki, “Gürcü arzusu”nun dəstəyi onun qələbəsində mühüm rol oynayıb, ancaq əlavə edib ki, gələcəkdə Bidzina İvanişviliyə və onun partiyasına sədaqətli olacağına onu məcbur edəcək əsaslar mövcud deyil.

İvanişvili yeni prezidentə müstəqil olmağa icazə verdi

Bundan əlavə, seçilən prezident müsahibədə seçkiqabağı kampaniyanın gedişində ünvanına ünvanlanan tənqid və hədə-qorxulardan da danışıb.

“Kampaniya zamanı mənə guya “Kremlin agenti”, “satqın” olmağım, gürcü dilində pis danışmağım, “kilsələrin əleyhinə olmağım” ilə bağlı hücumlar olub. Bunların hamısı kifayət qədər ağırılı idi. Din, dil, ölkə üçün fədakarlıq – bunlar gürcü identikliyini müəyyənləşdirən elementlərdir, mən bu elentlərə sadiqəm”, - Salome Zurabişvili vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2018, 15:52 Putin Krıma gedib